
Bolton bildiyini danışır və düz danışır - ŞƏRH
Yusif Nəzərli
21:29 30.04.2025
Siyasət
467
Putin Ukrayna ilə kifayətlənməyəcək
Keçmiş müşavir bu siyasətin Rusiyaya qonşu olan digər ölkələr üçün də təhlükəli olduğunu bildirib
ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Rusiya Prezidenti Vladimir Putin və keçmiş ABŞ Prezidenti Donald Tramp arasındakı münasibətlə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib. Boltonun sözlərinə görə, Putin Trampın ona dəstək verəcəyinə əmindir və bu dəstəyi “Rusiya imperiyasını bərpa etmək” planlarının bir hissəsi kimi görür.
“Putin Trampın beynəlxalq məsələlərə dərin yanaşmadığını bilir və bu zəiflikdən istifadə edərək öz geopolitik ambisiyalarını reallaşdırmağa çalışır,” – deyə Bolton qeyd edib. Qeyd edək ki, Con Bolton Donald Trampın prezidentliyi dövründə onun milli təhlükəsizlik müşaviri olub, lakin 2019-cu ildə vəzifəsindən istefa verərək Trampın xarici siyasətini tənqid etməyə başlayıb.
Con Boltonun açıqlamasını şərh edən Atlas Araşdırmalar Mərkəzsinin rəhbəri Elxan Şahinoğlu Con Boltonun Vladimir Putin və Donald Tramp arasında mümkün siyasi yaxınlıq barədə dedikləri təsadüfi fikirlər deyil. Onun sözlərinə görə, Bolton həm Trampın siyasi xarakterini, həm də Putinin strateji niyyətlərini yaxından bilən insandır:

“Boltonun “Putin Trampın ona dəstək verəcəyinə əmindir” fikri, əslində, ABŞ-nin mümkün yeni administrasiyasının Rusiya siyasətindəki boşluqlara işarədir.Con Bolton Vladimir Putinin hazırda danışıqlara tələsmədiyini, çünki döyüş meydanında üstünlük qazandığını düşündüyünü bildirib. Boltonun sözlərinə görə, mövcud vəziyyət Putinə mümkün sülh danışıqlarında daha çox güzəşt qoparmağa imkan verəcək. Keçmiş müşavir bu siyasətin Rusiyaya qonşu olan digər ölkələr üçün də təhlükəli olduğunu bildirib. Çünki, Putin Ukrayna ilə kifayətlənməyəcək, onun planları daha geniş coğrafiyanı əhatə edəcək. Bolton bu sırada Cənubi Qafqaz, o cümlədən Azərbaycanın adını çəkib. Onun sözlərinə görə, Rusiya Azərbaycan, Gürcüstan və Ermənistan təsir dairəsində saxlamaq istəyir. Con Boltonun söylədiyi kimi, Kremlin Ukrayna müharibəsindən sonra Cənubi Qafqazla bağlı “xüsusi planı” ola bilər. Gürcüstanın hazırda Qərblə münasibətlərində soyuqluq mövcud olsa da, Tbilisi Cənubi Osteyi və Abxaziyaya görə, Kremllə diplomatik münasibətləri bərpa etmək istəmir. Ancaq Rusiya rəsmiləri əlaqələri bərpa etmək məqsədilə Tbilisiyə mesaj göndərməkdə davam edirlər. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə iqtisadi zəmində bağlı olsa da, hərbi və təhlükəsizlik sahəsində fərqli siyasətə üstünlük verir. Ancaq baş nazir Nikol Paşinyanın ölkə içində mövqeləri getdikcə zəifləyir və əgər Kreml Ermənistanda növbəti parlament seçkisində erməni tərəfdarlarından birini hakimiyyətə gətirə bilərsə, Moskvanın İrəvanı yenidən forpostu halına gətirməsinə heç nə mane olmayacaq. Bu vəziyyətdə Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməlidir. Digər tərəfdən Nikol Paşinyan Konstitusiyada zəruri dəyişiklik edib Azərbaycanla sülh sazişi imzalayarsa Rusiyanın Cənubi Qafqaza təsirini minimuna endirmək mümkün olacaq və bu halda Boltonun proqnozu doğrulmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol