Böyük Britaniya elçisi: Azərbaycan ən dəyərli tərəfdaşlarımızdan biridir

Azərbaycan regionda (Cənubi Qafqaz - red.) Böyük Britaniyanın ən dəyərli tərəfdaşlarından biridir.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdays bildirib.

"Azərbaycan Böyük Britaniyanın regiondakı ən dəyərli tərəfdaşlarından biridir. Burada gördüklərim məni çox ruhlandırdı və əminəm ki, Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı gələcək illərdə də inkişaf edəcək",- o qeyd edib.