Böyük ziddiyət ! - “Rus hərbi gəmisi Bakıya gəlməməli idi” - ŞƏRH
Fidan Həmişəyeva
13:18 19.08.2020
Siyasət
1353
“Türkiyə ilə hərbi ittifaq qururuq və Rusiyanın işğalçı Ermənistana dəstək verdiyini deyirik, amma...”
“Digər tərəfdən rus hərbi gəmisini təmtəraqla qarşılayırıq. Bu, çox böyük ziddiyətdir”
Rusiya Hərbi Dəniz Donanması (HDD) Bakıya gəlib. Məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir.
Lakin bu durum cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə Tovuzda baş verənlər, Rusiyanın Ermənistana silah göndərməsi xalqımızda ruslara qarşı bir qəzəb hissi oyadıb. Məhz bu səbəbdən rus hərbi gəmisinin qarşılanma törəni, ümumiyyətlə rusların Bakıya gəlməsi lazımsız hesab edilir.
Baş verənləri “Sherg.az”a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da rus hərbi gəmisinin təmtəraqla qarşılanmasının düzgün olmadığını düşünür:
“Ölkə başçısı rusiyalı həmkarı Putinə narazılığını bidirib. Rusiya Ermənistana 400 ton silah və sursat daşıyıb. Proses yenə də davam edir. Amma biz Rusiya hərbi gəmilərini gülüb-oynayaraq qarşılayırıq. Bu, doğru yanaşma deyil. Heç olmasa bu il həmin hərbi yarışlardan imtina etmək olardı”.
Analitik vurğulayıb ki, bu il rus hərbi gəmisi Bakı limanına lövbər salmasaydı, dünya dağılmayacaqdı:
“Yarışlardan imtina etməli idik. Onda ciddiyyətimizi ortaya qoyardıq. Belə qarşılanma mərasimi imicimizə böyük zərər vurur.
Türkiyə ilə hərbi ittifaq qururuq, türk hərbi bazasının Azərbaycanda yerləşməsini istəyirik və Rusiyanın işğalçı Ermənistana dəstək verdiyini deyirik. Digər tərəfdən rus hərbi gəmisini təmtəraqla qarşılayırıq. Bu, çox böyük ziddiyətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat