Brüssel nəbz yoxlaması həyata keçirir - RƏY
Yusif Nəzərli
04:21 18.12.2024
Siyasət
506
“Heyəti Təhriri Şam” ilə təmaslarda digər oyunçulardan geri qalmaq istəmir
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi, Estoniyanın keçmiş baş naziri Kaya Kallas dekabrın 16-da yeni vəzifəsində Brüsseldə üzv ölkələrin xarici işlər nazirlərinin ilk toplantısını keçirib. 3 mövzu - Rusiya-Ukrayna müharibəsi, Gürcüstanda siyasi böhran və Suriyada hakimiyyət dəyişikliyi müzakirə olunub. Xarici işlər nazirləri Rusiyaya qarşı növbəti 15-ci sanksiya paketini qəbul ediblər. Buna baxmayaraq, Avropa İttifaqı Fransa Prezidenti Emmanuel Makronun “müharibə bitəcəyi təqdirdə Ukraynaya Avropa müşahidə missiyasını göndərək” təklifini qəbul etməyib. Kaya Kallas bu məsələnin müzakirəsinin erkən olduğunu bildirib. Avropa İttifaqı nümayəndəsi haqlıdır, müharibə bitməmiş Ukraynaya müşahidəçi missiyanın göndərilməsinin müzakirəsi ölməmiş ayının dərisinin bölüşdürülməsinə bənzəyir. Digər tərəfdən, ABŞ-nin yeni Prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra müharibəni dayandırmağı planlaşdırır. Onun planında isə Avropa müşahidə missiyasının Ukraynada yerləşdirilməsi bəndi barədə məlumat yoxdur. Kaya Kallas Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının da geri çağırılması barədə düşünməlidir. Bu da Makronun ideyası idi, bölgəyə gərginlikdən başqa heç nə gətirmədi.
Politoloq Elxan Şahinoğlu deyib ki, Brüsseldə Gürcüstana qarşı sanksiyaların tətbiqi müzakirə olunsa da, yekdil qərar qəbul etmək mümkün olmayıb. Məsələ burasındadır ki, Avropa İttifaqının 27 ölkəsinin tamamı Gürcüstanla bağlı eyni fikirdə deyil, məsələn, Macarıstan və Slovakiya sanksiyaların əleyhinədir:
"Hətta Lüksemburqun xarici işlər naziri Ksavye Bettel də Brüsseldəki çıxışında “Gürcüstan hökumətinin etirazçılara qarşı davranışını tənqid etməklə yanaşı “Gürcü arzusu” Partiyasının parlament seçkisində yaxşı nəticə göstərdiyinə görə cəzalandırılmasını doğru hesab etmirik” cümləsini işlədib. Beləliklə, Avropa İttifaqı Gürcüstanla bağlı gözləmə mövqeyinə keçib. Görünür, anlayırlar ki, Gürcüstan hökumətinə qarşı sərt qərarlar, rəsmi Tbilisini Rusiyaya daha çox yaxınlaşdıra bilər. Avropa İttifaqı Əsəd rejiminin süqutunu dəstəkləsə də, Suriyada hakimiyyətə gələn qüvvələri tanımağa hazır deyil. Buna baxmayaraq, Kaya Kallas Dəməşqə avropalı diplomatlardan ibarət nümayəndə heyəti göndərməyə qərar verib. Brüssel nəbz yoxlaması həyata keçirir, “Heyəti Təhriri Şam” (HTŞ) ilə təmaslarda digər oyunçulardan geri qalmaq istəmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
21:11 07.07.2026
Dünya
"Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır
20:49 07.07.2026
Futbol
Monako partlayışı: Əsas şübhəli Ukraynada ölü tapıldı
20:28 07.07.2026
Dünya
Tramp Ankarada açıqladı: Bu adaya biz nəzarət etməliyik!
20:14 07.07.2026
Dünya
Turanın rəqəmsal yaddaşı qurulur
20:14 07.07.2026
Texnologiya
"Toyota" Meksikadan ABŞ-yə köçür
20:07 07.07.2026
Dünya
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm
Azərbaycan beynəlxalq etimadın mərkəzindədir - ŞƏRH
17:45 07.07.2026
Gündəm