BTQ Yeni Kaledoniya ilə bağlı hesabat hazırlayıb
Yusif Nəzərli
06:41 19.07.2025
Siyasət
348
Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya ilə bağlı hesabat hazırlayıb.
Bakı Təşəbbüs Qrupundan APA-ya verilən məlumata görə, BTQ əməkdaşlıq etdiyi xarici tədqiqatçılarla birlikdə Yeni Kaledoniya ilə bağlı yeni araşdırma hazırlayıb. “Yeni Kaledoniya: Kalonial Miras, Öz müqəddəratını təyin etmək uğrunda mübarizə və 2024-cü ilin böhranı” adlı tədqiqat işində Yeni Kaledoniyada 2024-cü ilin may iğtişaşları, onları doğuran səbəblər, proseslərin gedişi, eləcə də kanak xalqına qarşı repressiyalar və bu xüsusda beynəlxalq təpki və mübarizənin nəticələri araşdırılıb.
Ətraflı
Qeyd olunub ki, 2025-ci ilin mart-iyun aylarinda yazilan tədqiqat hadisələrin xronologiyasını, zorakılıq və dağıntıların miqyasını, Fransa hüquq-mühafizə orqanlarının törətdiyi vəhşilikləri, eləcə də region və regionda maraqları olan ölkələrinin, eyni zamanda BMT-nin reaksiyasını əhatə edir: "Tədqiqat kanak xalqının etirazlarının kökündə kolonial idarəetmənin durduğunu göstərir, əsarət altında yaşayan xalqların fundamental hüquqları ilə bağlı ciddi çatışmamazlıqları təhlil edir.
Bu araşdırmadan həm yerli spesifikliyi, həm də daha geniş siyasi konteksti əks etdirən bir neçə əsas nəticə çıxır. Belə ki, Yeni Kaledoniyadakı 2024-cü il böhranı göstərdi ki, Fransanın ərazi üzərində nəzarəti güc və inzibati üsullarla — yerli xalqın öz müqəddəratını təyinetmə hüququna hörmət etmədən qorumaq cəhdləri münaqişəni daha da ağırlaşdırır. Həmçinin, metropoliyanın repressiya, fövqəladə vəziyyət və həbslər şəklində cavabı dialoqa hazır olmadığını və müstəmləkə reflekslərinin hələ də güclü olduğunu göstərdi. Araşdırma Kaledoniyanın statusu məsələsin Fransanın daxili işi olmadığını beynəlxalq hüquq baxımından təhlil edir və ədalətə əsaslanan nizamlanma olmadan davamlı sülhün mümkün olmayacağı qənaətinə gəlir.
İyulun 12-də Fransa və Yeni Kaledoniya arasında imzalanan saziş adıçəkilən araşdırmanın nəticələrinin dəqiq proqnozlaşdırıldığını sübut edir: Adanın statusuna dair qərarı kanak xalqı verməli və mərhələli şəkildə Yeni Kaledoniya tam müstəqil olmalıdır”.
https://www.facebook.com/share/p/19Cygs2nh4/
https://x.com/bakuinitiative/status/1946263275634594234
https://www.instagram.com/p/DMQfyfntIBR/
https://www.linkedin.com/feed/update/urn:li:activity:7352029077316304897
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə