Bu, artıq sondur və geriyə yol yoxdur
Turan
10:58 05.11.2020
Siyasət
1009
"Ya könüllü torpaqlarımızdan rədd olacaqlar, ya da məhv ediləcəklər"
Bir aya yaxındır davam edən hərbi əməliyyatlar Ermənistan ordusunun acınacaqlı vəziyyətini gün üzünə çıxardı. Fərarilik, özbaşınalıq, rüşvətlə və koronavirus adı ilə ordudan yayınma halları, əsgər çatışmazlığından muzdluların, yaşlıların və uşaqların döyüşlərə cəlb olunması kimi faktlar düşmən ordusu üçün adi hala çevrilib.
Erməni mediasında, sosial şəbəkələrdə yayılan informasiyalar göstərir ki, orduda canlı qüvvə baxımından kifayət qədər çatışmazlıq var. Bir neçə cəbhədə gedən şiddətli döyüşlər zamanı düşmənin verdiyi itkilər, böyük ərazilərin, həmçinin strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistan əhalisində ciddi ruh düşkünlüyü yaradıb. Hakimiyyətin uydurduğu yalanlara inanmayan əhali müxtəlif yollarla övladlarının döyüşlərə cəlb olunmasının qarşısını alır.
Ordudakı canlı qüvvə çatışmazlığını kompensasiya etməyə çalışan hökumət isə qandonduran metodlara baş vurur. Erməni vəkil Robert Ayrapetyanın sosial şəbəkə hesabında yazdığına görə, Ermənistanda yeni doğulan uşaqlara şəhadətnamə yalnız atalarının könüllü cəbhəyə getməsi şərti ilə verilir, üstəgəl uşaq və analar xəstəxanada girov saxlanılır.
O qeyd edir ki, hər dəqiqə vətənpərvərlikdən danışanlar erməni xalqına qarşı ikiüzlülük edirlər: “Övladı dünyaya gəldikdən bir gün sonra insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnaməni yalnız atanın cəbhəyə könüllü getməsi və bunu təsdiqləyən sənədin gətirilməsi şərti ilə veriləcək. Siz uşaqları və anaları girov götürürsünüz, sizin beyniniz var?”.
Düşmən ordusunun düşdüyü rəzil durumla bağlı “Şərq”ə danışan “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Rusif Məmmədsoy bildirib ki, hazırda Şanlı Ordumuz hər gün daha bir kənd, qəsəbə, şəhər azad edir. Bunun qarşısını ala bilməyən Ermənistan tərəfi istənilən ağlasığmaz hərəkətə əl atır. Politoloqun sözlərinə görə, həqiqətən də qarşı tərəfdə çox acınacaqlı vəziyyət hökm sürür:
“Təbii ki, erməni gəncləri özlərinin olmayan yad torpaq uğrunda döyüşüb, ölmək istəmirlər. Nəticədə belə zorakı yollarla yalançı müqavimət görüntüsü yaradırlar.
Paşinyan hələ də ümid edir ki, proses uzanarsa, Rusiya müdaxilə edər və aprel döyüşlərindəki kimi status-kvo bərpa edilər. Lakin, Paşinyan real situasiyanı anlamalıdır. Bu, artıq sondur və geriyə yol yoxdur. Ya könüllü torpaqlarımızdan rədd olacaqlar, ya da məhv ediləcəklər. Bunun alternativi yoxdur”.
Analitik qeyd edib ki, düşməni məcburetmə əməliyyatlarımız son dərəcə yüksək səviyyədə davam edir:
“Ermənistan arzuladığı dəstəyi görməyəcək. Rusiya bu oyuna gəlməyəcək. Putin ağıllı siyasətçidir və Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsindən narahatdır.
Bu, Rusiyanın maraqlarına cavab vermir. İndiki məqamda Azərbaycanla tərəfdaşlıq Moskva üçün daha əhəmiyyətli və vacibdir. Hesab edirəm ki, savaşın sonuna çox az qalıb.
Bunu hər iki tərəf çox yaxşı bilir. Yaxında Paşinyan da vəziyyətlə barışmış olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldu Portuqaliya-Özbəkistan matçının ən yaxşı oyunçusu oldu
00:21 24.06.2026
Futbol
Meloni: Trampla mübahisəni qızışdırmaq niyyətim yoxdur
00:00 24.06.2026
Dünya
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
23:44 23.06.2026
Dünya
ÜST: "Ebola virusu sürətlə yayılır"
22:59 23.06.2026
Sağlamlıq
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq
22:40 23.06.2026
İnfrastruktur
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya