Bu dava təkcə hakimiyyət davası deyil
Turan
08:02 01.09.2020
Siyasət
862
Hər gün siyasi şərtlər dəyişir, Belarusun Rusiya, ya Qərbə doğru yön alacağı hələ məlum deyil
Belarusda etirazlar səngimir, ya da iddia edildiyi kimi səngiməyə imkan verilmir. Ötən gün Milli Təhlükəsizlik Komitəsinin binasının qarşısında mitinq iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma yaşanıb. Mülki geyimdə olan şəxslər bir neçə etirazçını nömrəsiz avtobuslara dolduraraq naməlum istiqamətə aparıblar. Bununla yanaşı OMON qüvvələri də etirazçıların qarşısını kəsib.
Güc strukturları Belarus prezidentinin igamətgahına gedən yolu bağlayıblar. Məlumata görə, iqamətgahın yaxınlığına zirehli texnika yeridilib. Lukaşenkonun köməkçisi Nikolay Latışenok iqamətgah qarşısında toplaşan etirazçılarla görüşüb və bildirib ki, hakimiyyət müxalifətlə danışıqlara getməyəcək. Bu arada, paytaxt Minskdə internetin verilişində yenidən problemlər yaranıb. Belarusun A1 mobil rabitə şirkəti dövlət orqanlarının göstərişi ilə mobil internetin sürətini azaltdığını bildirib. Belarusun Baş Qərargah rəisi Ruslan Kosıgin isə daha ciddi problemlərə diqqət çəkib. Kosıgin vurğulayıb ki, Belarusla qonşu NATO ölkələri hərbi potensiallarını artırır və kəşfiyyatı gücləndirirlər. O bildirib ki, Belarusa qarşı kəşfiyyat fəaliyyəti də çox gücləndirilir. Kosıgin əlavə edib ki, Belarus sərhədlərində 10 min canlı qüvvə, 40 min hərbi uçuş aparatı və 500-dən çox ağır hərbi texnika yerləşdirilib.
Minskdəki olayları “Şərq”ə dəyərləndirən Ağ Partiya sədri Tural Abbaslı hesab edir ki, Belarusdakı vəziyyət göründüyündən daha qəliz və mürəkkəbdir. Partiya sədrinin sözlərinə görə, orada baş verənləri sadəcə iqtidar uğrunda mübarizə kimi dəyərləndirmək olmaz:
“Belarusun növbəti illərdə yönələcəyi siyasi kurs, yəni Rusiya yoxsa Qərb, NATO, yoxsa KTMT, Avropa İttifaqı, yoxsa Gömrük İttifaqı və s. məsələlər həll olunur. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini indidən demək mümkün deyil.
Hər gün siyasi şərtlər dəyişir. Ancaq görünən odur ki, xalq artıq Lukaşenkonu istəmir və onun getməsində israr edir.
Lukaşenkonun bu tələbi gözardı etməsi və müxalifətlə konsensus əldə etmək istəməməsi vəziyyəti daha da ağırlaşdıra bilər. Lakin Lukaşenko gedən kimi ölkə dərhal “güllü-çiçəkli” günlər yaşayacaq düşüncəsinə girmək də yanlışdır. Ən azından Ukraynada yaşanan hadisələrin hamımız şahidi olduq.
Düşünürəm ki, nə qədər gec deyil, ölkə iqtidarı və müxalifəti kənar qüvvələrin müdaxiləsi olmadan bir araya gəlib məsələni öz aralarında həll etməlidirlər. Əks təqdirdə proseslərin hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq uduzan Belarus dövləti və xalqı olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat