"Bu dəfə bütün cəbhələrdə sərrast atəş açmalıyıq"
Turan
10:19 18.07.2020
Siyasət
916
Mirmahmud Mirəlioğlu: "İnsanların Vətən coşqusuna, səmimi enerjisinə sahib çıxmalıyıq"
Ermənistanın hərbi-siyasi rəhbərliyi zaman-zaman Azərbaycana qarşı təxribatlara əl atır. Lakin Azərbaycan Ordusu hər dəfə Ermənistanın layiqli cavabını verir və düşməni geri çəkilməyə məcbur edir. Bəs ermənilərin budəfəki təxribatının məqsədi nədir? Bəzi siyasilər hesab edirlər ki, ermənilərin təxribatları cəbhə xəttindən sərhədə daşıması düşmən ölkədəki daxili proseslərlə bağlıdır.
Digər ekspertlər isə düşünür ki, bu məsələ İrəvan hökumətini aşan məsələdir və arxasında üçüncü tərəflərin siyasi maraqları durur.
Ermənilərin növbəti təxribatı ilə bağlı “Şərq”in suallarını cavablandıran Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, müharibəyə başlamalı və şəhidlərimizin qisasını almalıyıq. Partiya sədrinin sözlərinə görə, Azərbaycan xalqının döyüş ruhu yüksəkdir..
- Mirmahmud bəy, ermənilər son aylar niyə məhz Azərbaycanla sərhəddə atəşkəsi pozurlar?
- Bu, məqsədyönlü şəkildə edilir. Ermənilər çalışırlar ki, dünya ictimaiyyətinin Dağlıq Qarabağ məsələsinə baxışını, nəzərini dəyişdirsinlər. Ona görə də düşmənə ağır zərbə vurmalıyıq. Son məlumata görə, ermənilər atəşkəsi 97 dəfə pozublar. 97 dəfə atəşkəsi pozan düşmənə elə cavab verməliyik ki, ermənilər 1 dəfə də silah işlətməyə cəsarət etməsinlər.
Düşmənin cınqırı çıxmamalıdır, tamamilə susdurulmalı, darmadağın edilməlidir. Hələlik bunu edə bilmirik. Həm siyasətdə, həm də diplomatiyada problemlər var. Yanaşmanı dəyişməyin vaxtıdır. Əgər münaqişəyə yanaşmanı dəyişsək, vəziyyət avtomatik xeyrimizə dəyişəcək. O zaman düşmən layiqli cavabını alacaq və torpaqlarımızı işğaldan azad edəcəyik.
- Sərhədimizə hücumdan sonra insanlar küçələrə axışdılar. Gənclərin orduya dəstək yürüşünü, vətənpərvərliyini necə dəyərləndirirsiniz?
- Gənclərin yürüşünü və vətənpərvərliyini yüksək qiymətləndirirəm. Amma təəssüf edirəm ki, biz o ruha da sahib çıxa bilmirik. Gənclərin enerjisini yönləndirməyi, doğru-dürüst istiqamətləndirməyi bacarmırıq. Bu mövzu ilə bağlı internet televiziyasında geniş çıxışım oldu. Bizi qınayırdılar ki, niyə 43 siyasi partiya prosesdə olmayıb və s.
Mən onların hamısının cavabını verdim. Bəziləri dəstək yürüşünü kortəbii adlandırır, amma elə deyil. Kortəbii deyənlərə demək lazımdır ki, bu mövzuda ümumiyyətlə danışmasınlar, ya da ifadələrinə fikir versinlər. Müharibə aparan ölkə informasiya sahəsində də savaşdadır. O baxımdan ağzımızdan çıxan ifadələrə diqqət yetirməliyik.
Bu saat hər kəs müharibəyə qoşulmalı, hərtərəfli mübarizə aparmalıdır. Siyasi partiyalar, dövlət qurumları, media və s. hər kəs öz sahəsində döyüşməlidir. Əfsuslar ki, bu məsələlərə hələ tam hazır deyilik. Yenə deyirəm, insanlarımızın Vətən coşqusuna, saf və səmimi enerjisinə sahib çıxmalıyıq. Gəncləri düzgün istiqamətə yönəltməliyik ki, təxribat xarakterli addımlar atmasınlar. Hər birimiz, 10 milyonuncu adama qədər hamımız vətəndaş olmağı bacarmalıyıq.
Hər birimiz əsgər olmalıyıq. Bacarmayanlara da döyüşdən öncə 1 aylıq, 40 günlük karantin müddətində təlimlər keçirməliyik. Sözü silah olan qələmlə, hərbçilər isə silahla döyüşməlidir və bütün cəbhələrdə sərrast atəş açmalıyıq.
-Türkiyədən yüksək səviyyədə dəstək gəldi. Müdafiə Nazirliyinin də rəsmiləri qardaş ölkəyə səfər edərək generalitetlə müzakirə apardılar. Türkiyənin indiki məqamda dəstəyi nə qədər önəmlidir?
- Çox yüksək dəyərləndirirəm. Həm də rahatam ki, Türkiyə Cümhuriyyəti bizə bu şəkildə dəstək verir. Qardaş ölkə ilə əməkdaşlığı və ittifaqı düzgün qiymətləndirməliyik ki, düşmən üzərində zəfəri tez zamanda qazanaq. Türkiyənin siyasi-hərbi dəstəyindən hərtərəfli istifadə etmək lazımdır. Azərbaycan adına fəaliyyət göstərən diplomatlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, o cümlədən alimlərimiz, ziyalılarımız da silaha sarılmalıdır. Sözü, qələmi və həqiqi silahları düşmənə çevirməyin vaxtıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə
Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafı qəbul edib
17:48 24.06.2026
Gündəm