Bu gün BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası çağırılacaq
11:30 10.07.2020
Siyasət
699
Məlum olduğu kimi, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında xüsusi sessiyasının çağırılması təşəbbüsünə BMT Baş Assambleyasının Prosedur Qaydalarına uyğun olaraq tələb olunandan da əhəmiyyətli sayda artıq dövlət tərəfindən dəstək bildirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumatda qeyd olunub.
BMT-nin Baş Katibi 30 iyun 2020-ci il tarixində bütün üzv dövlətlərə təmimi nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini və bu xüsusda, Baş Assambleyanın Prosedur Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Baş Assambleyanın 31-ci xüsusi sessiyasının cari ilin 10 iyul tarixində çağırılacağını bildirib.
“Qeyd etmək istərdik ki, hazırda Baş Assambleyanın rəsmi iclaslarının virtual formatda keçirilməsi üçün razılaşdırılmış format və modallıqlar mövcud deyil və əvvəlki xüsusi sessiyalarda olduğu kimi, hazırkı sessiyanın da modallıqları üzv dövlətlər arasında razılaşdırılacaq.
Xüsusi sessiyanın başlanğıcında prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə milli qisimdə çıxışların dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır.
Baş Assambleyanın 74-cü sessiyasının sədrinin təmsil edən Nigeriyanın nümayəndə heyətinin rəhbəri xüsusi sessiyanın müvəqqəti sədri qismində çıxış edəcək.
İnanırıq ki, 10 iyul tarixində başlayacaq xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcəkdir.
Azərbaycanın təşəbbüsünü dəstəkləyən hər bir ölkəyə bir daha təşəkkürümüzü ifadə edir və xüsusi sessiyanın işinə uğurlar arzulayırıq”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat