Bütün xəritə və kadastr işləri beynəlxalq koordinat sistemi ilə aparılacaq - SƏRƏNCAM
Yusif Nəzərli
08:04 19.07.2025
Siyasət
319
Azərbaycanda geodeziya və kartoqrafiya işlərində vahid beynəlxalq koordinat sistemi tətbiq olunacaq.
Sherg.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində beynəlxalq WGS-84 (beynəlxalq koordinat sistemi) koordinat sistemi və UTM (xəritə proyeksiyası) proyeksiyası tətbiq ediləcək.
Sərəncamda qeyd olunur ki, bu qərar Azərbaycan geodeziya və kartoqrafiya sahəsinin dünya geodeziya şəbəkəsinə inteqrasiyası və koordinat sistemində vahidliyin təmin olunması məqsədilə qəbul edilib.
Bununla yanaşı, digər koordinat sistemləri ilə artıq icrasına başlanılmış və hələ tamamlanmamış layihələr üzrə işlər əvvəlki sistemlər əsasında başa çatdırıla bilər.
Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə