Son olaraq - AĞ Partiya, Böyük Azərbaycan Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası və Milli Həmrəylik Partiyasına ofislər təqdim olunub. Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.
Buzlar əriyir...
Turan
09:24 19.12.2020
Siyasət
754
Daha partiyaların qərargahı var, işləyəcəklər
Siyasi təşkilatlar da hansısa yolla dövlətə kömək edəcək, hökumətə müxtəlif ideyalar verəcək
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar siyasi partiyalarla sağlam dialoqu da özündə ehtiva edir. Qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti bu dialoqun fəal iştirakçısına çevrilib. Siyasi mədəniyyətin təşəkkül tapması istiqamətində dövlət tərəfindən müvafiq addımlar atılır, təşkilatların normal fəaliyyətini təmin etmək üçün onlara ofislər verilir. Ötən müddət ərzində 10 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin olunub.
Son olaraq - AĞ Partiya, Böyük Azərbaycan Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası və Milli Həmrəylik Partiyasına ofislər təqdim olunub. Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.
Partiya rəhbərləri hesab edirlər ki, siyasi münasibətlərdə dialoq mühitinin yaranması demokratik ənənələrin formalaşmasına, siyasi partiyalarla sağlam əməkdaşlığa zəmin yaradır. Onların fikrincə, atılan bu addımı siyasi partiyalarla hakimiyyət arasındakı dialoqda əldə olunan real nəticələrdən biri saymaq olar.
Ofislə təmin olunmuş Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Şərq”ə bildirib ki, Prezident Administrasiyasında dəyişikliklərdən, Siyasi partiyalarla və qanunverici hakimiyyətlə əlaqədar şöbə yaradılandan sonra hakimiyyətlə siyasi partiyalar arasında buzlar əriməyə başladı, normal münasibətlər quruldu. Partiya rəhbərinin sözlərinə görə, bu məsələdə ölkə Prezidenti İlham Əliyev konkret mövqe ortaya qoydu:
“Şöbə müdiri Ədalət Vəliyevin və onun rəhbərlik etdiyi şöbənin müsbət rolu da xüsusi qeyd olunmalıdır.
İqtidarla müxalifət, siyasi partiyalar arasındakı anlamlı münasibət Vətən müharibəsinin gedişində də özünü müsbət mənada göstərdi. 50 siyasi partiya hakimiyyətlə birlikdə hərəkət etdi, dünyaya siyasi mənada birlik- bərabərliyimizi nümayiş etdirdi. Konkret indiki halda siyasi təşkilatlara ofislərin verilməsi müsbət addımdır və görülən işlərin davamı kimi qiymətləndirilməlidir. Ermənistanda hakimiyyətlə siyasi partiyalar arasında didişmə gedir. Düşmənçilik son həddədir. Bu amil də onları zəiflədir. Bizdə isə əksinə, münasibətlər qaydaya salınır və bütövlükdə ölkəmizi daha güclü hala gətirir. İndiki həssas məqamda bütün siyasi qüvvələrin birgə mövqe ortaya qoyması çox vacib şərtdir”.
Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz da “Şərq”ə bildirib ki, ölkədə milli həmrəyliyi təmin etmək dövlətin əsas qayələrindən biridir. Y.Oğuzun sözlərinə görə, Azərbaycan dövləti və Ali Baş Komandanı müharibə elan edirsə, şəksiz-şübhəsiz, bütün siyasi partiyalar, ictimai təşkilatlar həmrəy olmalıdır:
“Biz xalq olaraq milli birliyimizi göstəririk. Amma daxildə müəyyən məsələlər var ki, partiyaların onunla bağlı fikirləri fərqlidir. Hamıya imkan yaratmaq lazımdır ki, öz fikirlərini sərbəst ifadə etsinlər. Biz partiya olaraq milli dövlət ideologiyasının tezislərini hazırlamışıq. Pandemiyadan sonra bunu dərc edəcəyik və müzakirələrə verəcəyik. Məsələ ondadır ki, siyasi partiyalar hansısa yolla dövlətə kömək etməlidir, hökumətə müxtəlif ideyalar verməlidir. Cənab Prezident bunu çox normal qarşılayır. Bir ili yenicə tamam olmuş Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev partiyalarla intensiv işləyir.
Partiyamızı ofislə təmin etdiklərinə görə öz təşəkkürümüzü bildiririk. Yəqin ki, gələcəkdə siyasi fəaliyyətimizdə dönüşlər olacaq, müəyyən təkliflər verəcəyik, bəzi işlər görəcəyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət