"Çalışmalıyıq ki, Paşinyanın yalanlarını ifşa edək"
Fidan Həmişəyeva
09:55 28.07.2020
Siyasət
783
"Bu, eyni zamanda Rusiya-Azərbaycan münasibətləri üçün faydalıdır”
Erməni politoloq Menya Arutyunyan maraqlı açıqlama verib. O bildirib ki, Nikol Paşinyan və hiyləgər tayfası qərbyönümlü qrantların köməyi ilə Rusiya-Ermənistan münasibətlərini məhv edir.
Politoloqun sözlərinə görə, rəsmi Kreml erməni xalqına bir neçə dəfə bildiriş göndərərək, anti-Ermənistan qüvvələrinin qovulmasının və hakimiyyətə Ermənistan-Rusiya münasibətlərini dəstəkləyənlərin gəlməsinin vacibliyini qeyd edib:
“Biz Kremldən gələn bu mesajlara fikir verməsək, onda Rusiyada yaşayan ermənilər üçün mühit dəyişəcək, bir çox qapılar üzümüzə bağlanacaq”.
Arutyunyan deyib ki, 2019-cu ilin payızında Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın sabiq və hazırda həbsdə olan prezidenti Robert Koçaryanın həyat yoldaşı ilə görüşməsi də belə bildirişlərdən biri idi:
“Bir sözlə, Ermənistan-Rusiya münasibətlərinin dağılması Ermənistanın müstəqilliyini və erməni xalqının gələcəyini şübhə altına qoyur”.
Erməni politoloqun söylədiklərinə dair fikirlərini “Şərq”lə bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, son dövrlər Rusiya ilə Ermənistan arasındakı iki maliyyə layihəsi iflasa uğrayıb. Paşinyan çalışdı ki, Rusiyadan ucuz qiymətə qaz alsın, amma Rusiya vermədi.
Politoloq bildirib ki, Paşinyan həmçinin "Metsamor" Atom Elektrik Stansiyasına (AES) Rusiyanın ayırdığı kredit müddətini uzatmasını istəsə də, Rusiya bu müddəti uzatmayıb: “Paşinyanın hakimiyyətə gəlməsi həqiqətən də Rusiya ilə Ermənistan arasında gərginlik yaradır. Hazırda Paşinyana təcili pul lazımdır. O, Tovuzda gərginlik yaratmaqla qərbə mesaj verdi: “Rusiya məni müdafiə etmədi, mən Rusiyanın adamı deyiləm”.
Əslində Tovuzda baş verən son təxribatda ən azı 3 maddəyə görə Rusiya Ermənistanı müdafiə etməli idi. Birincisi, Rusiya ilə Ermənistan arasında dövlətlərarası müqavilə var.
Ermənistana hücum zamanı Rusiya kömək etməlidir. İkincisi, Rusiyada Ermənistanın birgə qoşun birləşmələri var. Bu qoşun birləşmələrinin də əsas məqsədi hansısa hücum zamanı Ermənistana kömək etməkdir. Üçüncüsü, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 5-ci maddəsinə görə, bir KTMT üzvünə hücum bütün KTMT üzvlərinə hücum deməkdir. Paşinyan qərbə mesaj verməklə əvəzində qərbdən pul gözləyir”.
“Əslində Paşinyan böyük məğlubiyyət içindədir. Mümkün qədər çalışmalıyıq ki, Paşinyanın yalanlarını ifşa edək. Bu, eyni zamanda Rusiya-Azərbaycan münasibətləri üçün faydalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi