Cərimələr sürücülərin yuxusuna haram qatıb
07:23 12.02.2021
Siyasət
751
"İnsanlar paytaxtda avtomobillərini çox zaman saxlamağa yer tapa bilmirlər"
Ötən il qayda pozan sürücülərə yazılan cərimələrin məbləği açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3631,1 min olub. Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,4 faizi işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 6,5 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 118,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Nəqliyyat eksperti İlqar Hüseynli "Şərq"ə açıqlamasında qeyd edib ki, cərimə məbləğinin artmasının bir neçə subyektiv faktorlara söykənən səbəbləri var.
Ekspertin sözlərinə görə, bu faktorlardan biri Azərbaycanın daxili, xüsusən rayonları birləşdirən magistral və beynəlxalq əhəmiyyətli yollarında tez-tez sürət həddinin məhdudlaşdırıcı işarələrinin dəyişdirilməsidir:
"Bu halı biz daha çox Bakı-Ələt yolunda müşahidə edirik. Məsələn, əgər dünənə qədər maksimal 110 sürət həddinə icazə verilirdisə, bir də görürsən ki, gecənin bir vaxtında onu dəyişdilər və elədilər 90.
Bu zaman radarlara düşən sürücülərin sayı birdən-birə kifayət qədər artmış olur. Hesab edirəm ki, belə hallarda mütəmadi olaraq həmin yollarda işləyən sürücülər üçün bir məlumatlandırma aparılmalıdır".
Ekspert qeyd edib ki, ikinci səbəb isə texniki baxışların elektronlaşdırılması ilə bağlıdır:
"Bilirsiniz ki, istismar müddəti 10 il keçdikdən sonra nəqliyyat vasitələri hər il ildə bir dəfə olmaq şərtilə texniki baxışdan keçirilməlidir. Yəni həm yükdaşıyan, həm də fərdi minik avtomobillərinə mütləq şəkildə texniki baxış olmalıdır. Burada proses necə gedir? Əvvəllər texniki baxış keçirən zaman sürücülərə "birka" verilirdi.
O "birka"lar da ön şüşəyə vurulurdu. Nəticədə sürücünün növbəti texniki baxışın nə vaxt olacağı ilə bağlı gündəlik gözünün qarşısında informasiyası var idi. Amma indi bu proses elektronlaşdırılıb.
Artıq bazada elektronlaşma sistemdir. Yəni avtomatik texniki baxış müddəti ötən kimi elektron olaraq birbaşa sürücülərə cərimələr yazılır. Sürücü xəbər tutana kimi, artıq onun 50-60 manat texniki baxışa görə cəriməsi olmuş olur. Yəni artıq cərimələr də rəqəmsallaşdırılıb".
İ.Hüseynli əlavə edib ki, eyni prosesi həm də inzibati nəqliyyat vasitəsinin icbari sığortalanmasına da şamil etmək olar:
"Azərbaycanda bir ildən bir nəqliyyat vasitələrinin icbari sığortalanması prosesi baş verir. Nəqliyyat vasitələrinin sığortalanması hesab edirəm ki, vaxt baxımından çox tezdir.
Bir faktı qeyd edim ki, son vaxtlar bizdə hər şeyin - suyun, qazın qiymətini qaldırırlar və deyirlər ki, Avropadan ucuzdur. Amma digər amilləri nəzərə almırlar. Eyni zamanda texniki baxış və icbari sığorta ilə bağlı məsələlərə də. Məsələn, bəzi ailələr kiçik bir maşın üçün 65 manat ödəyirlər.
Yəni məbləğ o motorun gücünə görə dəyişir. Kiçik maşın sürən və kasıb ailələr bunu maddi cəhətdən çatdıra bilmirlər. Başqa bir faktor isə dayanma-durma ilə bağlıdır. Bildiyimiz kimi, həm BNA, həm də DYP birgə reydlər aparır. Onların hər ikisinə cərimə yazmaq səlahiyyəti veriblər. İnsanlar paytaxtda avtomobillərini çox zaman saxlamağa yer tapa bilmirlər.
Bəzi yerlərdə məcburiyyətdən dayanmalı olurlar ki, nəticədə onlara cərimə tətbiq olunur. Bütün bu faktorlar da hər il cərimələrin məbləğini artırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm