Ceyhun Bayramov BƏƏ XİN rəhbəri ilə regionda sülh səylərini müzakirə edib
Yusif Nəzərli
05:56 08.04.2025
Siyasət
277
Aprelin 7-də xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-BƏƏ əməkdaşlığının siyasi, iqtisadi, ticarət, energetika, humanitar aspektləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq, habelə bölgədə cari vəziyyət müzakirə olunub. İki ölkə arasında energetika, xüsusilə də alternativ enerji sahəsində aparılan işlər məmnunluqla qeyd olunub.
İki ölkə arasında əməkdaşlığın inkişafında siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə regional bərpa və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb, mövcud çağırışlar, o cümlədən mina təhdidi, habelə Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarından bəhs edib.
Birləşmiş Ərəb Əmirliklərinin minasızlaşdırma sahəsində dəstəyinin, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi dəstəyin əhəmiyyəti məmnunluqla qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm