Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında çıxış edib
Yusif Nəzərli
19:55 21.06.2025
Siyasət
453
21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində təşkil olunan fövqəladə iclasda iştirak və çıxış edib.
XİN-dən Sherg.az-a verilən məlumata görə çıxışda İsrail-İran qarşıdurması nəticəsində Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin kəskin şəkildə dəyişməsinin narahatlıq doğurduğu, mülki insanların həyatını, habelə regional və beynəlxalq sabitliyi təhdid edən vəziyyətin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Sıx etnik və mədəni bağlarımızın, beynəlxalq hüququn normalarına, xüsusilə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əsaslanan qonşuluq əlaqələrimizin mövcud olduğu İran ərazisində mülki və nüvə infrastrukturuna dəyən ziyanın regional miqyasda mülki əhaliyə və ətraf mühitə ciddi təhlükə yaratması baxımından xüsusi narahatlıq mənbəyi olduğu bildirilib.
Mövcud vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinilməsinin vacibliyi vurğulanıb.
Çıxışda, münaqişə və böhranlarla əhatə olunmuş bölgədə uzun sürən növbəti silahlı qarşıdurmanın qarşısının alınmasına, bütün hərbi əməliyyatların dərhal dayandırılması və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan diplomatik prosesin bərpasına çağırış edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya