Ceyhun Bayramov İƏT Təmas Qrupunun iclasında iştirak edib
Yusif Nəzərli
08:42 22.06.2025
Siyasət
466
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51‑ci sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib.
XİN-dən Sherg.az-a verilən xəbərə görə, Ceyhun Bayramov çıxışında Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və müvafiq BMT Təhlükəsizlik Şurası qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Bu istiqamətdə, beynəlxalq humanitar hüquqa tam əməl olunmaqla, əhalinin fundamental hüquq və azadlıqlarının qorunmasının, o cümlədən regionun demoqrafik struktunun saxlanılmasının önəmi qeyd edilib.
Nazir Azərbaycanın İƏT və xüsusilə Təmas Qrupu çərçivəsində bu məsələyə göstərilən davamlı diqqəti yüksək qiymətləndirdiyini bildirib.
Nazir Ceyhun Bayramov Cənubi Asiyada ümumi sabitlik və təhlükəsizliyin təmin olunması baxımından Cammu və Kəşmir məsələsinin tezliklə nizamlanmasının əhəmiyyətini qeyd edib.
O, son dövrlərdə regionda yaşanmış gərginliyi Azərbaycanın narahatlıqla izlədiyini ifadə edib.
10 may 2025‑ci il tarixində Hindistan və Pakistan arasında elan edilmiş atəşkəs razılaşması alqışlanıb, bu addımın hər iki ölkə arasında davamlı dialoq və uzunmüddətli münasibətlərin normallaşması üçün təməl rol oynayacağına ümidvarlıq ifadə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya