Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşüb - FOTO

Keniya Prezidenti Uilyam Ruto Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu bu ölkəyə rəsmi səfəri çərçivəsində qəbul edib.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə iqtisadiyyat, ticarət, təbii sərvətlər, təhsil, turizm və digər sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların intensivləşməsi, həmçinin regional və beynəlxalq əməkdaşlıq çərçivəsində əlaqələrin möhkəmlənməsi məmnunluqla qeyd edilib.