Ceyhun Bayramov Türkiyə səfirini qəbul edib
15:13 23.07.2020
Siyasət
646
23 iyul 2020-ci il tarixində Xarici İşlər Naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib.
XİN-dən APA-ya verilən məlumata görə, Türkiyə səfirini salamlayan Ceyhun Bayramov xarici ölkə səfirlərindən ilk olaraq məhz Türkiyə səfiri ilə görüşün təsadüfi xarakter daşımadığını, bunun iki ölkə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin təzahürü olduğunu diqqətə çatdırıb.
Ölkələrimiz arasında dövlət başçıları səviyyəsindən başlayaraq bütün digər sahələrdə və müxtəlif formatlarda mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan Ceyhun Bayramov bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə telefon söhbətinə istinad edən nazir gələcəkdə iki ölkə arasında birgə mühüm layihə və təşəbbüslərin davam etdiriləcəyinə inamını ifadə edib.
Səfir Erkan Özaral, öz növbəsində işbirliyinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu, eyni zamanda bu xüsusda hər iki tərəfin iradəsinin olduğunu qeyd edib. Azərbaycanı öz vətəni olaraq gördüyünü bildirən səfir E. Özoral Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlunun azərbaycanlı həmkarını Türkiyəyə dəvət etdiyini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Nazir, öz növbəsində bu dəvəti məmnunluqla qəbul etdiyini və mümkün olan yaxın zamanda bu səfəri reallaşdıracağını vəd edib.
Səfir Erkan Özoral 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribat və bunun nəticəsində Azərbaycan ordusunun həlak olan hərbi qulluqçuların ailələrinə başsağlığı bildirib və Azərbaycanın kədərinin Türkiyənin də kədəri olduğunu vurğulayıb. Azərbaycanın haqlı mövqeyini müdafiə etmək və bu mübarizədə Azərbaycanın yanında olmaq üçün Türkiyədən çoxsaylı müraciətlərin daxil olduğunu bildirən Səfir, bunun iki dövlət bir millət olduğumuzun növbəti göstəricisi olduğunu ifadə edib.
Nazir Ceyhun Bayramov 12 iyuldan etibarən gərgin bir dövrün yaşanıldığını qeyd edərək, növbəti dəfə etməni təxribatının şahidi olduğumuzu və hadisələri təhlil edərkən bu hücum cəhdinin əvvəlcədən düşünülmüş bir təxribat olduğunun aydın şəkildə göründüyünü qeyd edib. Çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın mövqeyinin dəstəkləndiyini qeyd edən Ceyhun Bayramov, Türkiyənin dövlət başçısı, Xarici İşlər Naziri və Müdafiə Naziri tərəfindən verilən bəyanatların qardaş xalqın ağır məqamlarda göstərdiyi dəstəyin bariz nümunəsi olduğunu qeyd edib.
Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Ermənistanın son hərbi təxribatı ilə bağlı məlumatlandırma işlərinin davamlı şəkildə aparıldığı Səfirin diqqətinə çatdırılıb.
Görüş zamanı nazir Ceyhun Bayramov, həmçinin son zamanlar diplomatik nümayəndəliklərimizə və Ermənistan tərəfindən törədilmiş təxribata etiraz edən dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən vandalizm və aqressiya hərəkətlərinə yol verildiyini qeyd edib və bu xüsusda qəbul edən ölkələrin Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin binalarının və diplomatların təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıdığını xatırladıb. Radikal ermənin daşnaklarının son zamanlar fəallaşdığını bildirən nazir onlar tərəfindən diplomatik nümayəndəliklərimizə qarşı yeni təxribatların olacağını istisna etməyib.
Görüş zamanı səfir Erkan Özoral cari ilin 28 iyul tarixində videokonfrans formatında Antalya Diplomatiya Forumunun keçiriləcəyini qeyd edib və sözügedən tədbirə dəvət məktubunu Nazir Ceyhun Bayramova təqdim edib. Nazir tədbirə məmnuniyyətlə qatılacağını bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət