Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Yəmənin xarici işlər naziri Şaya Zindani ilə görüşüb.

Sherg.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyi görüşün məzmunu barədə açıqlama yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında cari məsələləri və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.