CHP-də Kılıçdaroğlunun qayıdışına hazırlıq başladı - İmamoğlu partiyadan qovulacaq
Yusif Nəzərli
06:13 05.06.2025
Siyasət
402
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu məhkəmənin partiyanın 38-ci qurultayının nəticələrini ləğv etməsi ehtimalı ilə bağlı hazırlıqlara başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, partiya dairələrində məhkəmə prosesinin nəticəsindən asılı olaraq müxtəlif ssenarilər müzakirə edilir:
“Kamal Kılıçdaroğluna yaxın şəxslərin qurultayın mümkün ləğvi qərarından sonra partiyanın yenidən qurulması üçün hazırlıq gördüyü iddia olunur. Bu hazırlıqlar çərçivəsində kimin idarə heyətinə gətiriləcəyi və yeni qurultayın nə vaxt toplanacağının müzakirə edildiyi bildirilir. Qurultay ləğv olunarsa, Kılıçdaroğlunun yenidən partiya sədrliyinə dönəcəyi demək olar ki, dəqiqləşib”.
Nəşrin məlumatına görə, Kılıçdaroğlu və komandası CHP rəhbərliyinə geri dönsə, yeni qurultay ən azı bir il təxirə salınacaq:
“Bildirilir ki, məhkəmə prosesi partiyanı Kılıçdaroğlunun rəhbərliyinə qaytararsa, başda İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu və CHP sədri Özgür Özəl olmaqla bəzi fiqurların partiyadan qovulması gündəmdə ola bilər. İmamoğlunun həbsdə olması və ona qarşı davam edən istintaqı bu prosesi sürətləndirə bilər. CHP dairələrində Kamal Kılıçdaroğlunun partiyada yeni nizam quracağı və genişmiqyaslı təmizləmə aparacağı haqda danışılır”.
Xatırladaq ki, CHP-nin 38-ci qurultayı 4-5 noyabr 2023-cü il tarixlərində keçirilib. Qurultayda Özgür Özəl qalib gələrək, Kamal Kılıçdaroğlunun 13 illik sədrliyinə son qoyub. Qurultaydan sonra səsvermədə pozuntu iddiası ilə cinayət işi açılıb. Ankara Baş Prokurorluğu tərəfindən aparılan və artıq yekunlaşan istintaqda Kamal Kılıçdaroğlu zərərçəkən kimi tanınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat