CHP-də yol xəritəsi müzakirələri başlayır

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) yeni ilin siyasi strategiyasının müəyyənləşdirilməsi məqsədilə yol xəritəsi toplantılarına start verilir.

Sherg.az xəbər verir ki, CHP-nin Mərkəzi İdarə Heyətinin (MYK) iclası partiya sədri Özgür Özəlin rəhbərliyi ilə 25 dekabrda Baş Qərargahda keçiriləcək.

İclasda partiyanın 2026-cı ilə dair strategiyası müzakirə olunacaq. Eyni zamanda “kölgə kabinet” kimi tanınan Prezidentliyə Namizədlik Ofisinin (CAO) İcraiyyə Komitəsi 22 dekabrda ilk toplantısını keçirəcək və bundan sonra iki həftədə bir toplanacaq. Açıqlamaların Özgür Özəl tərəfindən verilməsi planlaşdırılır.

CHP rəhbərliyi yeni dövrdə hakimiyyət vizyonu, hökumət proqramı və ictimai görüşlər üzərində çalışacaq. Özgür Özəlin yanvar və fevral aylarında Türkiyənin Şərq və Cənub-Şərq bölgələrinə səfərləri də nəzərdə tutulur.

Bundan başqa, Manisanın Şehzadələr bələdiyyəsində keçirilən seçkidə CHP-li Hakan Şimşek yeni bələdiyyə sədri seçilib.