Ölkə rəhbəri bəyan edib ki, ermənilərin sərhəddə təxribat törətməsindən sonra onun tapşırığı ilə beynəlxalq təşkilatlardakı nümayəndəliklərimiz, parlamentlərarası qurumlardakı nümayəndələrimiz təlimatlandırılıblar. Lakin Prezident hesab edir ki, diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi: “Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır.
"Çox güman ki, XİN-in işi ciddi araşdırılacaq"
Turan
08:04 17.07.2020
Siyasət
769
Akif Nağı:"Bəlkə də qurumda müəyyən şəxslər milli maraqlarımıza qarşı fəaliyyət göstərib"
Müharibə şəraitində bizə ən çox lazım olan Xarici İşlər Nazirliyinin faydalı işləməsidir
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iyulun 15-də keçirilən iclasında diplomatik fəaliyyətin qənaətbəxş olmadığını söyləyərək Xarici İşlər Nazirliyinin fəaliyyətini sərt tənqid edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın diplomatiyası hücum xarakteri daşımalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır.
Ölkə rəhbəri bəyan edib ki, ermənilərin sərhəddə təxribat törətməsindən sonra onun tapşırığı ilə beynəlxalq təşkilatlardakı nümayəndəliklərimiz, parlamentlərarası qurumlardakı nümayəndələrimiz təlimatlandırılıblar. Lakin Prezident hesab edir ki, diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi: “Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır.
Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız.
Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz.
Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur”.
Məlumat üçün deyək ki, Prezident müşavirədə tənqid etdiyi sabiq nazir Elmar Məmmədyarovu iclasdan bir gün sonra istefaya göndərdi və yerinə təhsil naziri Ceyhun Bayramovu təyin etdi. Əslində, XİN-in səmərəsiz fəaliyyəti və son günlərdə qurumda həyata keçirilən korrupsiya əməliyyatları nazirliyi ciddi tənqid hədəfinə çevirmişdi. Dövlət başçısının diplomatiyamız haqqında məlum iradları isə bu sahədə daha ciddi çatışmazlıqların olduğunu göstərdi.
Xarici İşlər Nazirliyini ən çox tənqid edənlərdən biri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı olub. QAT rəhbəri “Şərq”ə açıqlamasında bildirib ki, xalqın gözü tərəzidir, cəmiyyət bütün qurumların fəaliyyətinə layiqli qiymət verir. Onun sözlərinə görə, Elmar Məmmədyarovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinin reputasiyası çox mənfi idi:
“Torpaqlarımız 30 ilə yaxındır işğal altındadır və buna görə bir çox dövlət qurumlarının üzərinə böyük yük düşür. Xüsusən, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi daha çox məsuliyyət daşıyır. İndiyədək XİN-in fəaliyyətini hiss etməmşik. Nazirlik sıfır dərəcəsində iş görüb. Çox güman ki, nazirliyin ötən dövr ərzində necə fəaliyyət göstərdiyi ciddi araşdırılacaq. Bəlkə də qurumda müəyyən şəxslər milli maraqlarımıza qarşı fəaliyyət göstərib. Hər il Qarabağla bağlı 4-5 kitab hazırlayıb bütün dövlət idarələrinə, komitələrə, parlamentə təqdim edirik. Qurumlar kitablarımızı təşəkkürlə qəbul edir və əziyyətimizi qiymətləndirirlər. Xarici İşlər Nazirliyinə dəfələrlə kitab göndərməyimizə baxmayaraq, qəbul etməyiblər. Səbəbini belə əsaslandırırdılar ki, guya, Qarabağ Azadlıq Təşkilatı “ekstremist” qurum olduğuna görə bizimlə əməkdaşlıq etmirlər. Bu necə yanaşmadır? Belə çıxır ki, ermənilər də bizi ekstremist sayır, öz nazirliyimiz də?!”.
A.Nağının qənaətincə, Prezidentin diplomatik fəaliyyətdəki qüsurları vurğulaması və Xarici İşlər Nazirliyinin yarıtmaz fəaliyyətini tənqid etməsi sevindirici haldır:
“Əlbəttə, dövlət başçısı bu məsələni ictimailəşdirməyə bilərdi və naziri sakitcə istefaya göndərərdi. Müsbət tərəf odur ki, ölkə rəhbəri dövlət qurumlarında baş verənləri xalqın diqqətinə çatdırdı, insanları məlumatlandırdı. Xalq hər məsələni bilməlidir. Ümid edirik ki, diplomatik qurumlarımızın və səfirliklərimizin fəaliyyəti müsbətə doğru dəyişəcək. Çünki müharibə şəraitində bizə ən çox lazım olan Xarici İşlər Nazirliyinin faydalı işləməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə
Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafı qəbul edib
17:48 24.06.2026
Gündəm