Cozef Bayden Ermənistana kömək edəcəkmi? - AKTUAL TƏHLİL
Fidan Həmişəyeva
12:22 06.11.2020
Siyasət
1095
Amerikanın yeni prezidenti seçilən Cozef Baydenin erməni lobbisi ilə əlaqələri sirr deyil. Bayden 1990-cı illərin əvvəllərində Konqresdə Azərbaycana qarşı qəbul edilən ədalətsiz 907-ci düzəlişin müəlliflərindəndir. O, seçki kampaniyası zamanı da Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verib. Bu baxımdan ermənilər ümid edirlər ki, Bayden Ermənistana dəstək verəcək, müharibənin gedişatında az qala ermənilərin xeyrinə dönüş yaradacaq.
Azərbaycan müstəqillik qazandıqdan sonra Amerikanın müxtəlif prezidentləri ilə - Bill Klinton, Corc Buş, Barak Obama və Donald Trampla əməkdaşlıq edib. Barak Obamanın da erməni lobbisi ilə sıx əlaqələri var idi. O prezident seçiləcəyi təqdirdə “erməni soyqrımını” tanıyacağını vəd etmişdi.
Barak Obama prezident seçildikdən sonra “erməni soyqırımını” tanımadı, sadəcə hər ilin aprel ayında erməni dilində “böyük faciə” ifadəsini işlətdi. Barak Obama ona görə “erməni soyqrımını” tanımadı ki, Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmədi.
Prosesi “Sherg.az”a dəyərləndirən“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Bayden prezident seçildikdən sonra çətin ki, o da “erməni soyqırımını” tanısın. Analitikin sözlərinə görə, hazırda ABŞ-la Türkiyə arasındakı münasibətlər normal deyil və Bayden Türkiyəni daima tənqid edir:
“Ancaq Amerika prezidenti “erməni soyqırımını” tanıyarsa, bu Amerika-Türkiyə münasibətlərinə daha pis təsir edəcək. Vaşinqton isə Türkiyənin bölgədəki artan rolunu nəzərə almaq məcburiyyətindədir. Cozef Bayden Dağlıq Qarabağdakı erməni separatçılarını da məğlubiyyətdən xilas edə bilməyəcək.
Birincisi, Cozef Baydenin prezident seçilməsi rəsmiləşsə də, onun andiçmə mərasimi yanvar ayının sonunda keçiriləcək. Digər tərəfdən andiçmədən sonra yeni vəzifədə Baydenin adaptasiya dövrü ən azı 5-6 ay çəkəcək. Bu müddətədə qədər isə Azərbaycan Dağlıq Qarabağ üzərindəki nəzarəti bərpa edəcək.
Azərbaycan öz qazını Avropaya nəql etməyə başlayacaq. Bu isə Amerikanın maraqlarına cavab verir. Digər tərəfdən Bayden administrasiyası Azərbaycanın İsraillə əməkdaşlığını da nəzərə almaq məcburiyyətindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə