DADP-də qurultay ! – Təşkilatın adı dəyişdi
Turan
08:20 24.08.2020
Siyasət
890
“Demokratik Azərbaycan Dünyası Partiyasının 6-cı Qurultayında partiyanın adı dəyişdirilib və bundan sonra partiyanın Milli Həmrəylik Partiyası (MHP) adlandırılması barədə qərar qəbul edilib”.
Bu barədə “Sherg.az”a açıqlamasında MHP sədri Əlisahib Hüseynov məlumat verib.
Partiya sədri qurultayın pandemiya ilə əlaqədar olaraq onlayn formatda keçirildiyini bildirib:
“Bu, Azərbaycanın siyasi partiyalar məkanında tamamilə yeni təcrübədir. Odur ki, qurultaya hazırlıq dövründə texniki-təşkilati xarakterli bəzi problemlərlə üzləşməyimiz labüd idi. Lakin partiyamızın IT qrupu bütün çətinliklərin öhdəsindən gəlməyi bacardı və qurultayımız uğurla başa çatdı”.
MHP sədri təxminən 4 saat davam edən və 185 nəfər nümayəndənin iştirak etdiyi qurultayın kifayət qədər məhsuldar keçdiyini qeyd edib:
“Qurultayımız maraqlı müzakirələrlə yadda qaldı. Qurultay nümayəndələri həm partiyadaxili, həm də ölkə gündəmindəki məsələlərlə bağlı fikirlərini bölüşdülər. Mən qurultayımızın nəticələrindən razıyam”.
Partiya sədri bildirib ki, qarşıdakı bir həftə ərzində həm İdarə Heyətinin iclası keçiriləcək, həm də sənədlər hazırlanıb Ədliyyə Nazirliyinə təqdim ediləcək:
“Qarşıda bizi çox dinamik bir iş həftəsi gözləyir. Belə ki, ilk növbədə İdarə Heyətimizin iclasını keçirəcəyik. Həmçinin, həftə ərzində partiyada əsas vəzifələrə təyinatlar olacaq. Partiya sədrinin müavinləri, müşavirləri təyin olunacaq. Eləcə də Qurultayla bağlı sənədlərimizi qaydaya salıb Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.
Ə.Hüseynov MHP-nin bundan sonra da iqtidaryönümlü siyasət kursunu davam etdirəcəyini, eyni zamanda siyasi qüvvələr arasında dialoq tərəfdarı kimi çıxış edəcəyini bəyan edib:
“Biz ənənəvi kursumuza sadiq qalacağıq. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini dəstəkləməyə davam edəcəyik. Eyni zamanda biz həm cəmiyyətdə, həm də siyasi qütblər arasında barış, konsensus mövqeyindən çıxış edən partiyayıq. Biz konsruktiv müxalifətə normal yanaşırıq, radikal və dağıdıcı müxalifətçiliyi isə qəbul etmirik. MHP iqtidarla müxalifət arasında dialoqun və əməkdaşlığın tərəfdarıdır. Azərbaycanın tərəqqisi və gələcək taleyi siyasi qüvvələrin dialoqundan və vətəndaş həmrəyliyindən, milli həmrəylikdən asılıdır.
Qarabağ probleminin həlli yolu da məhz milli həmrəylikdən keçir. Ümumi düşmənə qarşı mübarizədə bir olmalıyıq, həmrəylik göstərməliyik.
Biz var gücümüzlə ölkədə həmrəylik mühitinin formalaşmasına çalışacağıq. Həmrəylik ölkədəki istənilən problemin həlli üçün və Azərbaycanımızı inkişafa doğru aparmaq üçün ən səmərəli və etibarlı siyasi vasitədir.
Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən, cəmiyyəti parçalamağa çalışan qüvvələrə, ölkəmizin maraq və mənafelərinə zidd çıxan "beşinci kolon"çulara qarşı həmişə ayıq-sayıq olmalı, birgə mübarizə aparmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat