"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq" - Politoloq
Şəymən Bayramova
13:17 31.03.2020
Siyasət
1096
Bu gün Azərbaycanın erməni separatçıları tərəfindən işğal olunmuş ərazilərində qondarma seçkilər keçirilir. Sadəcə tamaşa xarakteri daşıyan bu seçkilər qanun çərçivəsində deyil. Beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma seçkilər həm qanunlara, həm beynəlxalq hüquq normalarına, həm də Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşlarının maraqlarına ziddir.
Politoloq Zaur Məmmədov da “Sherg.az” a açıqlamasında deyib ki, Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərini qanuni seçkilər adlandırmaq olmaz, çünki bu seçkilər beynəlxalq aləm tərəfindən tanınmır:
“Lakin etiraf edək ki, bu gün separatçıların Azərbaycan torpaqlarında özlərini müstəqil dövlət kimi təqdim etməsinin baiskarı məhz həmin beynəlxalq təşkilatlardır. Onlar bu günə qədər ermənilərin işğalçılıq siyasətinə göz yumduqlarından ermənilər öz riyakar niyyətlərini gerçəkləşdirməyə səy göstərirlər. Amma onlar heç vaxt bu istəklərinə müvəffəq olmayacaqlar. Qondarma DQR-dəki rejim və Ermənistan hakimiyyəti başa düşməlidir ki, Azərbaycanın ərazilərindəki “ağa”lıqları çox çəkməyəcək. "Qondarma xuntanın "rəhbərləri" olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya "əzabkeşləri"nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmziləmənin həyata keçirildiyi bir şəraitdə bu "seçkilər"in nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və təcavüzkarı növbəti dəfə ifşa edən bir şou olacaq. Əslində, işğalçı Ermənistan və qanlı xunta belə "seçkilər" keçirməklə, beynəlxalq ictimaiyyəti deyil, yalnız özlərini aldatmaqla məşğul olur”.
Bu seçkilərdə Paşinyan ilə Ermənistanın keçmiş prezidenti Köçəryanın baxış bucaqlarının toqquşduğunu vurğulayan politoloq deyib ki, hər iki tərəf öz namizədinin qalib gəlməsinə çalışır:
“Lakin bu seçkilərin nəticəsi əvvəlcədən hər kəsə bəllidir. Seçkilər isə Paşinyanı və qərb dövlətlərini qaneedəcək bir seçimlə nəticələnəcək.Bunun isə heç bir siyasi əhəmiyyəti yoxdur, çünki Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Ümumiyyətlə Ermənistanın bir dövlət olaraq, mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükəyə salır. Bu baxımdan, Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası, Yerevanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə