
Daha bir erməni yalanı: Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil
Yusif Nəzərli
13:52 31.01.2025
Siyasət
449
Azərbaycanın hazırda ən çox münasibətdə olduğu ərəb ölkələri Misir, İordaniya və Birləşmiş Ərəb Əmirliyidir
Türkiyə Prezidenti Ərdoğan bildirmişdi ki, Zəngəzur dəhlizində yeganə maneə İrandır. Bu sözləri yerli mediaya geniş müsahibəsində erməni ekspert Sergey Melkonyan deyib.
O bildirib ki, bəli, Suriyadan sonra İranın mövqelərinin zəiflədiyi göz qabağındadır, lakin bizim üçün İranla sərhədimizin İran ordusu tərəfindən mühafizə olunması vacibdir. Beynəlxalq konsensus əldə olunana qədər dəhliz məsələsi hələ də gözlənilmir. Melkonyan iddia edib ki, Ermənistanın maraqları Yaxın Şərqdə təkcə İranla üst-üstə düşmür. İrandan başqa, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri də Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Bu ölkələr “türk siyasi islamı”nı əhlükə gördükləri üçün Türkiyənin önünü almağa çalışırlar. Yəni Yaxın Şərqdə bizi dəstəkləyə biləcək 3 ölkə də var. Bəs Ermənistanda siyasi qərar qəbul edənlər adları çəkilən ölkələrin qarşılıqlı maraqlarını birləşdirərək, yardımı qəbul etməyə hazırdırmı? Əmin deyiləm, çünki bu, Türkiyəyə qarşı çıxmaq demək olardı.
Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri Zəngəzur dəhliziylə bağlı hansısa neqativ düşüncədə deyil:

“Azərbaycanın hazırda ən çox münasibətdə olduğu ərəb ölkələri Misir, İordaniya və Birləşmiş Ərəb Əmirliyidir. Hətta Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda ciddi investisiyası var. Bərpa olunan enerji məsələsində Azərbaycan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləriylə əməkdaşlıq edir. Qarabağın bərpası prosesində də həmin ölkələrin şirkətləri ciddi şəkildə investisiya ayırıblar. Təbii olaraq Qarabağ bərpa olunursa, bu, həmçinin Zəngəzur dəhlizinə edilən bir yatırım sayılır. Yəni gələcəkdə Zəngəzur məsələsi həll edilərsə, həmin şirkətlərlə Azərbaycan yenə əməkdaşlıq edəcək. Misir prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri olub və Azərbaycan Prezidenti İlham Əliyevin də Misir lideriylə telefon danışıqları baş tutub. Digər tərəfdən Azərbaycanın İordaniya ilə də problemləri yoxdur”.
Eskpert qeyd edib ki, islam ümmət əsaslı dindir və burada milli, etnik kimlik əsas götürülmür:
“Mənsəb ayrılığı olsa da, ərəb və yaxud türk islamçılığı deyilən yanaşma yoxdur. Sadəcə olaraq bu yanaşma ermənilərin ənənəvi ermənipərəst və antiislam görüşündən irəli gəlir. İranın Zəngəzur dəhlizinə baxış bucağının fərqliliyi tamamilə Azərbaycan faktoru ilə bağlıdır. Çünki İran Azərbaycanın güclənməsini istəmir. Onlar düşünürlər ki, Şimalda olan güclü bir Azərbaycan Cənuba haqq iddiası irəli sürə bilər. Eyni zamanda Cənubi azərbaycanlıların Şimaldan cəsarətlənib ayaqlanacaqlarını fikirləşirlər. Erməni ekspert fikrini arqumentləşdirmək üçün belə bəzəkli cümlələr qura bilər. Lakin İran faktoru, ərəb ölkələri və Türkiyə kimi məsələlər tamamilə fərqlidir. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan-Türkiyə birgə hərəkət edir. Son dönəmlər isə İranın sözügedən məsələdə geri addım atdığını görürük. Erməni ekspertin belə açıqlama verməsi onların dar və gələcəyə hesablanmayan siyasi görüşlərinin məhsuludur”.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi