Deputat sərt danışdı: “Gəncəyə bir mərmi düşsə...”
Fidan Həmişəyeva
14:41 19.08.2020
Siyasət
1020
“Azərbaycan Ordusu qısa müddət ərzində bütün Xankəndini yerlə-yeksan etmək və şumlamaq gücündədir”
“Münaqişəsini tənzimləmək üçün yaradılmış Minsk Qrupunun həmsədrləri “ağızlarına su alıb oturublar””
Dağlıq Qarabağdakı qondarma rejimin “başçısı” Araik Aratunyan Gəncəni vurmaqla hədələyib. Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Məğlubiyyətdən azğınlaşan düşmən ölkə artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib. Bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib.
Belə olan məqamda isə beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidirlər. Ermənistan hakimiyyətindən bununla bağlı izahat tələb olunmalıdır.
Görəsən ATƏT Minsk Qrupunun həmsədrləri bu bəyanata niyə münasibət bildirmirlər?
Sualımızı cavablandıran millət vəkili Musa Qasımlı “Sherg.az” açıqlamasında söyləyib ki, belə sərsəm bəyanatlar boş hədə-qorxudan başqa bir şey deyil.
Parlamentarinin sözlərinə görə, Gəncəyə bir mərmi düşsə, Azərbaycan Ordusu qısa müddət ərzində bütün Xankəndini yerlə-yeksan etmək və şumlamaq gücündədir:
“Belə açıqlamalar göstərir ki, Ermənistan hərbi cinayətlər törətmiş bir dövlətdir. Ermənistan rəhbərliyində oturanlar müharibə caniləridir. Çünki 1988-ci ildən bəri Ermənistan daim mülki əhalini hədəfə alıb. Amma bir yerdə görmərik ki, Azərbaycan əsgəri mülki erməniyə əl qaldırsın və ya öldürsün. Belə bir hal olmayıb. İndiyə qədər olan bütün toqquşmalarda Azərbaycan tərəfi Ermənistanda yalnız hərbi obyektlərə zərbə endirərək darmadağın edib. Ordumuz indi də bu qüdrətə malikdir”.
M.Qasımlı qeyd edib ki, Ermənistan Azərbaycanla üzbəüz qalacağı təqdirdə Ordumuz qısa müddət ərzində İrəvana daxil ola bilər:
“Bütün bunlar reallıqdır və sübuta ehtiyac yoxdur”.
Parlament üzvü vurğulayıb ki, ən təəccüb doğuran məqam Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üçün yaradılmış ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri ağızlarına su alıb oturublar:
“Çoxlu sullar yaranır. MQ-nin mandatı bəllidir, onlar nə üçün regiona turist kimi gəlib-gedirlər və nəyə görə həmsədr ölkələr Ermənistanın hədələrinə cavab vermirlər?
Niyə həmsədrlər Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qoşunların çıxarılması üçün səy göstərmirlər? Məncə burada təkcə ikili standartlar deyil, çoxlu standartlar var.
ATƏT-in MQ həmsədrlərinin belə baxışları münaqişənin həllinin başqa müstəviyə keçirilməsi üçün imkan yaradır. Bundan sonra formalaşacaq hər hansı bir şərait üçün ilk növbədə Ermənistan tərəfi məsuliyyət daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat