Deputat siçan tutandır?! - "Gərək onlar öz yerlərini gənclərə verəydilər"
Məlahət Rzayeva
12:10 15.02.2020
Siyasət
856
Növbədənkənar parlament seçkilərinə qatılmış namizədlərin təbliğat kampaniyasında Qarabağdan çox az danışıldı. Deputatlığa bir neçə namizəd istisna olmaqla əksər namizədlərin seçki platformasında Dağlıq Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyümüzün bərpası, işğal altındakı torpaqların azad edilməsinə yer verilməmişdi.
Namizədlər sanki, torpaqlarımızın işğal altında olduğunu unutmuşdular. Təbliğat kampaniyasında da daha çox sosial məsələlər qabardılırdı, namizədlər seçicilərə “yol, abadlıq, qaz, su...” vədi verirdilər. Elə bil, seçkilər Milli Məclisə deyil, kommunal təsərrüfatı birliklərinə keçiriləcəkdi. Deputatlığa namizədlərin Qarabağı unutması görəsən, nəylə bağlı idi?
1990-cı ildə ozamankı Azərbaycan SSR Ali Sovetinə seçkilərdə deputat seçilmiş və 1 il sonra - 1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının qəbul olunmasında iştirak etmiş sabiq təhsil naziri Firudin Cəlilov “Şərq”ə açıqlamasında qeyd etdi ki, budəfəki seçkilərdə deputatlığa namizədlər təbliğat kampaniyalarını daha çox sosial problemlər üzərində qurmuşdular, lakin bu, yanlışdır:
- Mən 1990-cı ildə deputatlığa namizəd kimi təbliğat kampaniyası apardığım zaman bir sakin yaxınlaşıb dedi ki, binalarının blokunu siçovul basıb. Bunun qarşısını ala biləcəksiz? Gülmək məni tutdu, dedim, 2 oğlum var, hərəsinin əlinə bir “raqatka” verərəm, siçovulları vurarlar... a kişi, deputat siçan tutandı?!. Bu seçkilərdə də deputatlığa namizədlərin biri yol çəkəcəyini deyirdi, biri daimi qaz, su, elektrik enerjisi vəd edirdi. Deputat dövlət məsələləri ilə məşğul olmalıdır. Nədir bu? Yəni, qanunlar hazırlamalıdır, qəbul etməlidir, dövlər strukturları da o qanunların icrasını yerinə yetirməlidir. Amma bizim bəzi deputatlar Milli Məclisə adi iş yeri kimi baxır, hesab edir ki, seçildi, gedib əyləşəcək parlamentdə və əmək haqqı alacaq. İş bundan ibarətdir. Bizim dövrümüzdə nazirlərin parlamentə gəlib hesabat verməsini tələb edirdik. İndiki deputatlar heç “JEK” müdirinin qəbuluna düşə bilmir. Çoxu da yaşlı insanlardır. Gərək onlar öz yerini gənclərə verəydilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm