Deputat:“Ermənilər hər zaman faşizm və faşistlərə xidmət edib”
Şəymən Bayramova
11:53 19.05.2020
Siyasət
1059
“Bu nəinki ikinci dünya müharibəsində, Ermənistanın bu gün yeritdiyi faşizm siyasətində də özünü göstərir”
Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyi məlum olub. Baş Nazir daha əvvəl babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq, onun Böyük Vətən Müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd edib. Bu fakt ermənilərin façizm sevdası, faşistləri qəhrəmanlaşdırmaq təşəbbüsü heç də təsadüfi deyil. Məhz bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsi ilə bağlı bu ölkənin mediasında yayılan məlumatlar ermənilərin faşistlərlə eyni ideologiyanı paylaşdıqları barədə məlumatlı olan kimsəni təəccübləndirməyib.
Millət vəkili Azər Badamovun sözlərinə görə, dünya faşizmə qarşı yönəldiyi bir dövrdə faşizmin təbliği yolverilməz olsa da, ermənilər məqsədli şəkildə faşizmi qəhrəmanlaşdırırlar. Ermənilərin həmişə faşizmə və faşistlərə xidmət etdiyini vurğulayan millət vəkili deyib ki, bu nəinki ikinci dünya müharibəsində, Ermənistanın bu gün yeritdiyi faşizm siyasətində də özünü göstərir. Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyinə dair yayılan məlumatlar da bunu təsdiq edir:
"Nikol Paşinyanın babası erməni legionunun tərkibində SSRİ-yə qarşı döyüşüb. Artıq dünya da gördü ki, ermənilərin məqsədi hansı istiqamətə xidmət edir. Ölkə siyasətinin faşizm üzərində qurulduğu artıq müəyyən olunub. Qondarma “prezident seçkiləri”nin keçirilməsi də dünya tərəfindən qınaq obyektinə çevrildi. Ermənistan siyasəti faşizm üzərində qurulduğu üçün o ölkənin daxilində nə sabitlikdən, nə də inkişafdan söhbət gedə bilməz. Necə ki, 1941-45-ci ildə Adolf Hitlerin faşizm siyasəti dünyada məhv oldu, Ermənistan da bu siyasətinə görə gələcəkdə məhv olma təhlükəsi qarşısındadır. Nikolay Vartanoviç Paşinyan faşistlərin tərkibində xüsusi legionda döyüşüb. O vaxtlar qeyd olunurdu ki, kim alman faşizminə xidmət edirsə o, Ermənistana xidmət etmiş kimidir”.
A. Badamovun sözlərinə görə, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanması belə faşizmin bugünkü nümunəsidir. Torpaqlarımızdan azərbaycanlıların çıxarılması və insanlıq çərçivəsinə sığmayan addımların atılmasını ancaq faşizmin əyani təzahürü kimi qeyd etmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət