Diasporumuz dünyanı silkələyir ! - “Düşmənin yalan “piramida”sı dağılır”
Fidan Həmişəyeva
14:19 30.07.2020
Siyasət
780
“Müstəqil siyasətimiz bəzilərinin boğazında sümük kimi ilişib qalmaqda davam edir”
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ABŞ-ın Ermənistana xəbərdarlıq etməli olduğunu bildirib. Nazir vurğulayıb ki, Türkiyə Ermənistanın hərbi hücumlarını qınayır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını dəstəkləyir.
H.Akar qeyd edib ki, ABŞ və beynəlxalq ictimaiyyət Ermənistana hərbi hücumlardan çəkinməsi və münaqişənin həllində yeni forma qəbul etməsi üçün xəbərdarlıq etməlidir.
Nazirin açıqlamasını “Sherg.az”a şərh edən millət vəkili Səməd Seyidov bildirib ki, Türkiyə Ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə birgə təlimləri çox vacib bir məsələdir. Parlamentari vurğulayıb ki, müxtəlif qüvvələr, öncə isə Ermənistan regionda vəziyyəti gərginləşdirmək istəyir:
“Bu yaxınlarda Amerika Konqresində Ermənistanın işğalçı dövlət kimi təqdim olunması, qaçqın və köçkün problemi ilə bağlı əlavələrin qanun layihəsinə əlavə edilməsi ABŞ-da Azərbaycanın mövqeyinin möhkəmlənməsinə dəlalət edir.
Ermənistanın qurduğu işğalçı təxribat baş verənlərin işğal olmadığını, demokratik dəyərlər donuna geyindirilmiş bir hərəkət olduğunu səsləndirməsi iflasa uğrayır.
Bunu Avropada və ABŞ-da görürük. Türkiyənin dəstəyi çox vacibdir. Düşmən görür ki, cəhdləri bir işə yaramır. Bu gün Azərbaycan diasporu dünyanı silkələyir, Qarabağ məsələsini gündəmə gətirir və dünya parlamentlərində Azərbaycanla bağlı məsələlər səslənir. Bunlar da dünya siyasətçilərini narahat etməyə başlayır”.
S.Seyidov onu da diqqətə çatdırıb ki, bundan sonra Ermənistan Azərbaycana qarşı işləyən qüvvələrə müəyyən tapşırıqlar verəcək:
“Çalışacaqlar ki, Azərbaycanda insan haqları məsələsini qaldırsınlar, ölkəmizdə demokratik inkişafın problemli olması ilə bağlı müzakirələr təşkil etsinlər, xoşagəlməz məsələni şişirdib dünyaya təqdim etməyə başlasınlar.
Düşmən görür ki, qurduqları yalan “piramida”sı dağılmağa başlayır. Onlar düzgün məlumatları heç kim öyrənə bilməsin deyə, Azərbaycanın imicinə xələl gətirən aksiyalar keçirmək istəyirlər.
Məsələn ABŞ, Avropa və başqa yerlərdə insan haqları təşkilatları Azərbaycanda insan haqları ilə bağlı kəskin fikirlər söyləyib bəyənatlar yaymağa başlayacaqlar.
Amma bütün bunlar işləməyəcək. Bütün bunlar erməni yalanlarının üstünün açılımasına səbəb olacaq. Müstəqil siyasətimiz bəzilərinin boğazında sümük kimi ilişib qalmaqda davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi