“Diasporumuzun fəallığı erməni lobbisini çətinə salıb” – Düşmən təşvişdə…!
Fidan Həmişəyeva
14:29 04.08.2020
Siyasət
660
Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməlləri ilə daim dünyanın diqqətində olsa da, işğalçı dövlətə “dur!” demək problem olaraq qalmaqdadır. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas prinsip beynəlxalq hüququn normlarına riayət edilməsidir. Təəssüf ki, işğalçı dövlət bu prinsipləri kobud şəkildə pozur. Belə bir vəziyyətdə beynəlxalq təşkilatların siyasətində bütün dövlətlərə ədalət meyarının tətbiqi üçün vahid mexanizm mövcud deyil.
Əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür. Bu dövlətlər dünyada sülhün qorunması üçün lazımlı prinsiplərə riayət etməlidirlər. Eyni zamanda beynəlxalq hüququn kobud şəkildə pozulmasına, hörmətsizlik edilməsinə imkan verməməlidirlər.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında bildirib ki, düşmənin Tovuz istiqamətində törətdikləri təxribata qarşı Azərbaycanın qətiyyətli cavabı beynəlxalq aləmdə böyük dəstək qazandı.
Baş redaktor vurğulayıb ki, bu gün beynəlxalq problemə çevrilən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində dövlətin qətiyyətli mövqeyi, xalqın iradəsi ilə yanaşı, beynəlxalq dəstək də əhəmiyyətli rola malikdir:
“Bu halda Azərbaycana dəstəyin miqyası göz önündədir. Ölkəmiz bu uğura biri-birindən əhəmiyyətli diplomatik addımları, ən əsası real faktlara, həqiqətlərə əsaslanan təbliğatı sayəsində nail olub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması əsaslı şəkildə öz əksini tapıb. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul edib. Bir sözlə, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Əsas odur ki, bu qərar və qətnamələr kağız üzərində qalmasın, real həyatda öz təsdiqini tapsın. Azərbayanın 30 ildən artıqdır ki, dünyadan gözlədiyi məhz budur”.
Azərbaycan diasporunun fəallığının erməni lobbisini və Ermənistan hakimiyyətini çətin duruma saldığını deyən V.Rəhimzadə qeyd edib ki, Azəbaycan diasporunun fəaliyyəti, həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası istiqamətində atdığı addımlar göz qabağındadır:
“Bu gün dünya, eyni zamanda, Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birliyinin, həmrəyliyinin şahididir. Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Diasporla İş üzrə Komitədə 4 nəfərin vəzifəsini dəyişməsi və 10 əməkdaşı işdən çıxarması da Azərbayacan diasporunun gücünü həzm edə bilməməsindən irəli gəlir.
Artıq Ermənistan hakimiyyəti görür ki, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni diasporuna dünyada cərəyan edə proseslərə təsir etmək imkanı yaratsa da, bu gün Azəbaycan diasporunun gücü həmin mifi dağıdıb.
Xarici ölkələrdəki soydaşlarımızın vahid bir qüvvə kimi Azərbaycanın haqq səsini dəstəkləməsi, təxribatlardan uzaq olaraq dinc yolla və qanuni şəkildə Ermənistanın vandalizminə qarşı etiraz aksiyaları keçirməsi dünyaya bir daha ədalət çağırışıdır. Son günlərdə Belçika və ABŞ-da günahkarların həbs olunması və istintaqın davam etməsi ilə bağlı məlumatlar yayılmaqdadır.
İnanırıq ki, beynəlxalq hüququn norma və prinsiplərinin məkana və zamana görə tətbiqi tendensiyası bir kənara qoyularaq ədalət meyarı öndə saxlanılmaqla günahkarlar cəzalandırılacaq.
Bununla da aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar özlərinə inam fomalaşdırmaq imkanı qazanacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm