Donald Tramp vida müraciəti ilə çıxış edib
21:08 19.01.2021
Siyasət
451
ABŞ Prezidenti Donald Tramp xalqa vida müraciəti ilə çıxış edib.
“Report” xəbər verir ki, Tramp müraciətində Amerikanın böyüklüyünə etibarı itirməyin təhlükəli olduğunu elan edib.
ABŞ rəhbəri “Biz təhlükəsizliyin təmin olunmasında və Amerikanın çiçəklənməsində yeni administrasiya üçün dua edirik”, - deyə əlavə edib. Ağ Ev rəhbəri bildirib ki, onun komandası hakimiyyətə hansı məqsədlər uğrunda gəlmişdisə, onları və ondan da çoxunu edib.
Vaşinqton administrasiyasının hazırkı rəhbərinin sözlərinə görə, o, ABŞ hakimiyyətinin xalq qarşısındakı məsuliyyətini bərpa edib.
Bununla yanaşı, Amerikanın ölkənin daxilində və hüdudları xaricində gücü bərpa olunub.
Tramp qeyd edib ki, o, ABŞ-ın başqa ölkələrlə ittifaqını bərpa edib və Birləşmiş Ştatlar Çinə qarşı əvvəllər heç vaxt olmayan səviyyədə dayanıb.
Siyasətçi vurğulayıb ki, onilliklər ərzində ABŞ-ın heç bir müharibə başlamayan birinci prezidentidir. O, yanvarın 6-da keçirilən mitinqdə özünün çıxışından sonra Konqresin binasına edilən hücumu yenidən pisləyib.
Qeyd edək ki, yanvarın 20-də ABŞ-da ölkənin yeni prezidenti Co Baydenin inauqurasiyası keçiriləcək. Birləşmiş Ştatlarda prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya