"Dostluq" bağları gücləndirəcək
Turan
11:59 23.01.2021
Siyasət
745
Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi günün tələbidir
“Xarici işlər naziri Ceyhun Bayramovun Orta Asiya ölkələrinə edilən səfərinin məqsədi türk dövlətlərinin dostluğunun və əməkdaşlığının möhkəmlənməsinə xidmət edir”.
Bu sözləri “Şərq”ə millət vəkiliAzər Badamov deyib. Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində bizə dəstək verən ölkələrə nəzər yetirəndə aydın şəkildə müşahidə olunur ki, əsasən türk dövlətləri bir-birini dəstəkləyirlər: “Xalq arasında belə bir deyim var: - “Türkün dostu türkdür ”. Türk dövlətləri eyni soykökə, oxşar mədəniyyətinə və eyni dil qrupuna daxildirlər.
Tarixin dərinliyinə ensək, türk toplumlarının əvvəllər də vahid şəkildə olduğunu görərik. Qloballaşan dünyada daha güclü olmaq və sözünün kəsərini artırmaq üçün türk dövlətlərinin yenidən birləşməsi, beynəlxalq arenada vahid mövqedən çıxış etməsi olduqca vacibdir.
Məhz 21 yanvarda Türkmənistan və Azərbaycan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair imzalanan Memorandumun da məqsədi Orta Asiyanın türk respublikası ilə dostluğu və əməkdaşlığı gücləndirməkdir.
Bu anlaşma ilə Xəzərdə karbohidrogen resurslarının işlənməsi ilə əlaqədar ziddiyyətlər aradan qalxdı. “Dostluq“ yatağından əldə olunan mənfəət Türkmənistan və Azərbaycan dövlətləri arasında bölünəcək. Bu yataq Xəzərdə işlənən ilk birgə layihə olmaqla iki ölkə arasındakı dostluğun və qardaşlığın möhkəm təməlidir.
Ümumiyyətlə, Xəzərin hüquqi statusu müəyyən olunandan sonra Xəzər dənizi sülh, dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq dənizi olub. İndi icra olunan birgə layihələr bu dostluq və əməkdaşlığı daha da möhkəmləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya