Dövlət başçısı: Azərbaycanın etibarlı tərəfdaş imici var

"Bizim etibarlı tərəfdaş imicimiz var".
Sherg.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, son 10 il ərzində Azərbaycan etimad qurmağa çalışıb: "Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və bizim sözümüzün imzamız qədər dəyəri var”.