Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurlar açıqlanıb
Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurlar açıqlanıb
Yusif Nəzərli
14:55 22.01.2025
Siyasət
240
Dünya İqtisadi Forumu ilə 2030-cu ilə qədər 650 Azərbaycan şirkətinə rəqəmsal transformasiya yol xəritəsinin hazırlanması istiqamətində əməkdaşlıq edirik.
APA-nın xəbərinə görə, bunu Davosda jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov bildirib.
Fariz Cəfərov deyib ki, Dünya İqtisadi Forumunun dünya üzrə 21 Dördüncü Sənaye İnqilabı Mərkəzi var və Azərbaycan bu mərkəzlərdən birinə ev sahibliyi edir: “İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan publik hüquqi şəxsdir. Mərkəzin əsas fəaliyyəti Dünya İqtisadi Forumu ilə əməkdaşlıq etmək, dünya təcrübəsini Azərbaycana gətirmək, sənayenin rəqəmsallaşması, yeni texnologiyaların inkişafı və Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına təkan verməkdir. Dünya İqtisadi Forumunda bir sıra istiqamətlərdə əməkdaşlıq edir. Ənənəvi olaraq, Dünya İqtisadi Forumu hər il bir sıra hesabatlar dərc edir. Bunlardan biri Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin təsiri, töhfəsidir. Burada dörddən çox fərqli istiqamətdə uğur hekayələrini paylaşıblar. Bu sırada rəqəmsal iqtisadiyyat sahəsində hazırlanan strategiya, strategiya çərçivəsində texnologiya mərkəzlərinin yaradılması, 650-dən çox şirkətin rəqəmsal transformasiyasının aparılması, o cümlədən insanların Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində nümunələri göstəriblər. Xüsusilə də “Coursera” ilə bağlı əməkdaşlığımız qeyd olunub”.
Fariz Cəfərov qeyd edib ki, ötən il 10 min Azərbaycan vətəndaşına Dördüncü Sənaye İnqilabı texnologiyalarında bilik və bacarıqlar əldə etmələri üçün ödənişsiz olaraq “Coursera” onlayn təhsil platformasına giriş imkanı verilib: “Bu il proqram 200 min insanı əhatə edəcək. Hesabatda Azərbaycanın rəqəmsal iqtisadiyyatına xarici investisiyanın cəlbi ilə bağlı Dünya İqtisadi Forumu tərəfindən ölkəmizdə keçirilmiş sorğu və nəticələri, bu sorğu nəticəsində 13 istiqamət üzrə tövsiyə sənədi hazırlanıb. 100-dən çox şirkətlə Azərbaycanda müsahibə keçirilib, 15 şirkətlə üzbəüz müsahibə keçirilib. "Start-up"ların, ekosistemin inkişaf etməsi və Azərbaycana xarici investorların, o cümlədən xarici istedadların gəlməsi üçün atılacaq addımlar istiqamətində tövsiyələr hazırlanıb. Ötən il Azərbaycanda keçirilən COP29 tədbiri ilə əlaqədar olaraq Dünya İqtisadi Forumu Azərbaycanda Dördüncü Sənaye İnqilabı Mərkəzini tərəfdaş seçərək, enerjidə süni intellekt hesabatı hazırladı. Bu hesabatda bizim Mərkəz tərəfindən hazırlanan dünyanın ən qabaqcıl 40 uğurlu tətbiqini hazırlayaraq təqdim etdik. Bu hesabatda da Azərbaycanın bu sənədə verdiyi töhfə qeyd olunub. Mərkəzimiz eyni zamanda Dünya İqtisadi Forumunun Süni İntellekt Qlobal Alyansının üzvüdür və bizim ekspertlər bu tədbirdə iştirak edir. Eyni zamanda Mərkəzimiz Hökumət Texnologiyaları İşçi Qrupunun da üzvüdür. Bu yaxınlarda Dünya İqtisadi Forumunun hökumət texnologiyaları ilə bağlı daha bir hesabatı da çıxdı. Yeddi dənə ölkəni dünyada nümunə olaraq göstərmişdilər və dövlət özəl tərəfdaşlığı ilə Azərbaycanda 10-dan çox fərqli sahədə dövlət layihələri həyata keçirilib. Bunların sırasında həm elektron tender platformasını, ASAN vizanı, eyni zamanda kənd təsərrüfatı platforması və bir sıra uğurları təqdim etmişlər. Bununla yanaşı, ASAN xidməti də uğurlu dövlət xidmətləri modeli olaraq dünyaya nümunə göstərmişdilər. Bu hesabatda qeyd etdiyim kimi, yeddi ölkə ən yaxşı paylaşılmışdı və Azərbaycan bunlardan biridir. Bununla yanaşı biz Dünya İqtisadi Forumu ilə sənayedə ağıllı texnologiyaların tətbiq edilməsi və Azərbaycanda sənaye sahəsində olan şirkətlərin diaqnostikasının aparılması və onlarda boşluqların tapılması, bu boşluqların aradan qaldırılması üçün tətbiq oluna biləcək beynəlxalq texnologiyalarla bağlı araşdırmalar edirik. Azərbaycanda artıq bir sıra şirkətlər qiymətləndirmədən keçib və bir bu metodologiyanı Azərbaycana gətirmişik. 2030-cu ilə qədər 650 Azərbaycan şirkətinin, kiçik və orta bizneslərin bu prosesdən keçməsi, onlara rəqəmsal transformasiya yol xəritəsinin hazırlanması və texnologiyaların tətbiq edilməsi istiqamətində əməkdaşlıq edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət