Düşmən baltasına sap olanlar və ya ermənilərin Sevinci...
Turan
08:23 27.07.2020
Siyasət
833
“İndi ermənilər bu qadının axmaq fikirlərindən əleyhimizə eninə-boyuna istifadə edəcəklər”
“Sapı özümüzdən olan bir balta bu açıqlamaları ilə fürsətçi ermənilərə əsl bayram keyfi yaşatmış oldu”
“Ruhən erməni olan bu cür formal "azərbaycanlı"lar ümumiyyətlə azərbaycanlılıqdan məhrum edilməlidir”
“Azğınlaşmış ermənilərin müxtəlif ölkələrdə soydaşlarımıza qarşı vandallığa yol verdiyi bir vaxtda adı və soyadı “azərbaycanlı” olanlar rəsmi Bakını təxribat törətməkdə ittiham edirlər”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, xarici ölkələrdə məskunlaşmış anti-milli ünsürlər Azərbaycan Ordusuna dəstək aksiyaları keçirənləri “vətənşüvən” adlandıran və düşməni müdafiə edən fikirlər səsləndirirlər:
“Özünü qəsdən korluğa vurmuş bu başabəla jurnalist utanmadan iddia edir ki, guya bu gün xarici ölkələrdə ermənilərlə bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir. Xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrdəki səfirliklərimizi ermənilərin hücumlarından və təxribatlarından qorumaq üçün toplaşmaqları təkcə erməniləri deyil, erməni təfəkkürlü Sevinc Osmanqızını da qəzəbləndirir.
Və “onlar nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” - sualını verən bu antimilli jurnalist nədənsə, ASALA terror təşkilatının adı
yazılmış paltarlar geyinən gənc erməni daşnaklarının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin binalarına təşkil etdiyi hücumları görməzdən gəlir.
S.Osmanqızının “Mən yenə də davanı kimin birinci başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil” sözləri Azərbaycan əleyhinə qərəzli, böhtançı kampaniya aparan ermənilərin əlinə göydəndüşmə oldu. İndi ermənilər bu qadının axmaq fikirlərindən əleyhimizə eninə-boyuna istifadə edəcəklər.
Sapı özümüzdən olan bir balta bu açıqlamaları ilə fürsətçi ermənilərə əsl bayram keyfi yaşatmış oldu. Ruhən erməni olan bu cür formal "azərbaycanlı"lar ümumiyyətlə azərbaycanlılıqdan məhrum edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi