Düşmənin Gəncə TƏHDİDİ və ya Paşinyanın süqut qorxusu?! – ŞƏRH
Fidan Həmişəyeva
10:38 18.08.2020
Siyasət
915
“Bu, erməni baş nazirin ölkədaxili problemlərdən diqqəti yayındırmaq cəhdidir”
“Beləliklə, o, öz süqutunu mümkün qədər uzaqlaşdırmaq istəyir”
“Çünki hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır”
Dağlıq Qarabağdakı qondarma rejimin “başçısı” Araik Aratunyan Gəncəni vurmaqla hədələyib. Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Məğlubiyyətdən azğınlaşan düşmən ölkə artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib. Bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib.
Belə olan məqamda isə beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidirlər. Ermənistan hakimiyyətindən bununla bağlı izahat tələb olunmalıdır.
Görəsən ATƏT Minsk Qrupunun həmsədrləri bu bəyanata niyə münasibət bildirmirlər?
Sualımızı cavablandıran millət vəkiliAnar Məmmədov“Sherg.az”a açıqlamasında söyləyib ki, Tovuz istiqamətindəki məğlubiyyətdən sonra Ermənistan nəinki öz xislətindən əl çəkir, əksinə yeni təxribatlara əl atmağa çalışır. Deputat vurğulayıb ki, düşmənin Gəncəni vurmaqla hədələməsi ölkəmizə qarşı növbəti təxribat xarakterli addımdır:
“Təbii ki, hədə dolu açıqlama ilə çıxış etmək birbaşa Paşinyan rejiminin yarıtmaz siyasəti nəticəsində yaranıb. Bu olanlar COVID-19 pandemiyası səbəbindən yaranmış ölkədaxili problemlərdən diqqəti yayındırmaq, beləliklə də öz süqutunu mümkün qədər uzaqlaşdırmaq məqsədi daşıyır. Çünki hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.
Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağa hesablanmışdı. Paşinyan hesab edirdi ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.
Lakin gözləntilərin əksinə olaraq hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesisinin güclənməsi Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin heç bir nəticə verməyəcəyini göstərmiş oldu”.
Parlament üzvü bildirib ki, Qarabağsız Azərbaycan yoxdur, Azərbaycanın bir qarış torpağı belə müzakirə mövzusu ola bilməz:
“Araik Aratunyanın işğalçı dövlətin diktəsi ilə Azərbaycanın ikinci ən böyük şəhərinə qarşı heç bir məntiqə sığmayan açıqlaması daxili auditoriya qarşısında yaranmış gərginliyi başqa səmtə yönləndirməkdən ayrı bir məna kəsb edə bilməz.
Hər bir azərbaycanlı əmindir ki, Azərbaycan tezliklə ərazi bütövlüyünü bərpa edəcək. Üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacaq. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi müstəvidə də üstün olduğunu göstərmiş oldu.
Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən seçkiləri tanınmayan bir qondarma respublika rəhbərliyinin hər hansı bəyanatla çıxış etməsi heç bir halda ciddi qəbul edilə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat