
Düzgün istiqamət: Ermənistanın xilas yolu hansıdır?
16:49 05.11.2025
Siyasət
96
Ermənilərə ən böyük zərəri Ermənistanı təxribata yönləndirənlər və müharibədən qazanc əldə edənlər vurdu. Qərb ölkələrindən göndərilən heç bir silah sabit dünyanı əvəz edə bilməz.
Bunu erməni politoloq Suren Surenyants Feysbuk səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını şərh edərkən yazıb.
“Müəllifi Ərdoğan olsa belə, bunlar doğru sözlərdir. Nə Şimaldan, nə də Qərbdən “xilaskar” ola bilər. İrəvanın dövlətçiliyi ilk növbədə Ermənistan-Rusiya və Ermənistan-Türkiyə münasibətlərinin keyfiyyətindən asılıdır”, - o bildirib.
Qeyd edək ki, Ərdoğan Ermənistana səslənərək, Azərbaycanla sülh bağlamağa çağırıb. O vurğulayıb ki, İrəvan təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıqda axtarmalıdır.
Açıqlamanı “Sherg.az”a şərh edən politoloq Ramiz Alıyev bildirib ki, səsləndirilən fikirlər Ermənistan dövləti və xalqı üçün ən məqsədyönlü sözlərdir:
“Zaman-zaman erməni ictimai fəallarının, siyasət adamlarının Ermənistan dövlətinin xilas yolunun hansı dövlətlərlə əlaqə qurmaqdan aslı olduğunu düzgün şərh etdiklərinin şahidi oluruq. Suren Surentyansın açıqlamaları da bu mənada Ermənistan hakimiyyəti üçün düzgün istiqamət müəyyən etməklərinə kömək edəcək fikirlərdən təşkil olunub. Dünyanın heç bir ölkəsi aralarında milyon km- lər olan ölkəyə güvənərək siyasət yeritməz. Aralarında bu qədər məsafə olan ölkələrin birinin digərinə bütün işlərdə dəstək olacağına inanmaq absurd düşüncə tərzidir. Ağıllı siyasətləri ilə seçilən dövlət başçılarına nəzər yetirdikdə onların hər zaman öz çıxışılarında regiondakı qonşu ölkələrlə tərəfdaşlığın vacibliyini dilə gətirdiklərini görmüş oluruq. Çünki onlar bölgədəki dövlətlərlə əmakdaşlıqların həmçinin birlikdə layihələrdə iştirak etməyin və sülh şəraitində yaşamağın zəruriliyini bilirlər. Bu deyilənlərə əməl edən ölkələrin həm təhlükəsizliyi, həm əhalisinin firavanlığı, həm də ölkənin güclü iqtisadiyyatı təmin olunur”.

Politoloq Ermənistandan min km-lərlə uzaqda olan hansısa ölkənin boş vədlər verməsinin onları xilas etmədiyini, əksinə təhlükəyə atdığını vurğulayıb:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da bu mövzuda verdiyi açıqlamalar çox doğru və başa düşüləndir. Ermənistan hakimiyyəti onun sözlərindən düzgün nəticələr çıxarmağı bacarsalar, bu onlar üçün xilas yolu olar. Nikol Paşinyan və ondan öncəki həmkarları öz xalqını düşünmədən addımlar atıblar. Onlar hər zaman kiminsə peşkası olmağı üstün sayıblar. Ermənistan xalqı artıq anlamalıdır ki, qonşu dövlətlərlə sülh şəraitində yaşamaq onları inkişafa aparacaq tək yoldur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol