Ədalət Partiyası qurultay keçirir - Siyasi partiyaların təmsilçiləri də iştirak edirlər
Yusif Nəzərli
10:26 17.05.2025
Siyasət
385
Ədalət Partiyasının Qafqaz Biznes Mərkəzində IX Qurultayı keçirilir. Qurultayda ölkədə mövcud olan siyasi partiyalar, qeyri-hökumət təşkilatlarının və media strukturlarının təmsilçiləri qonaq qismində iştirak edir.
Teleqraf xəbər verir ki, 121 nəfər qurultay nümayəndəsi və ümumilikdə 200 nəfərə yaxın şəxsin iştirakı ilə keçirilən qurultay Dövlət Himninin səslənməsi, partiyanın keçmiş sədri, mərhum İlyas İsmayılov və şəhidlərin ruhunun bir dəqiqəlik sükütla yad olunması ilə başlayıb.
Əvvəlcə IX Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mütəllim Rəhimli və Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Çingiz Abbasovun məruzəsi dinlənilib.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb.
Qurultayda, həmçinin seçkili orqanların hesabatları dinlənilib qiymətləndiriləcək.
Ədalət Partiyasının sədri, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri və Ali Məclisin üzvlərinin 1/3-i seçiləcək.
Həmçinin partiyanın 56 rayon təşkilatının 54-nün qurultaya nümayəndələri seçilib və protokoldan çıxarışları təqdim olunub.
Qeyd edək ki, bu Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra ilk qurultaydır.
Xatırladaq ki, Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib. Bundan sonra partiya daxilində gərginlik yaranıb. Nəticədə Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev, onun birinci müavini Elçin Qurbanov, Siyasi Şura üzvləri Vüsalə Dadaşova, İlham Hüseyn və Mehman Əliyev siyasi təşkilatdan istefa veriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya