“...Əks halda ordumuz hərəkətə keçəcək”
Şəymən Bayramova
14:39 16.07.2020
Siyasət
1055
“Ölkəmizin bütün resursları Azərbaycan milli maraqlarını müdafiə etməyə səfərbər olunmalıdır"
İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda bir sıra dövlət idarəçiliyi və ölkə iqtisadiyyatı ilə bağlı mühüm məslələrə toxunan dövlət başçısı Tovuz istiqamətində ölkəmizə qarşı törətdikləri hərbi- siyasi təxribatdan sonra işğalçı ölkənin düşdüyü ağır vəziyyətlə bağlı ölkə ictimaiyyətini məlumatlandırıb.
Millət vəkili Hikmət Baboğlu isə "Sherg.az"a açıqlamasında Prezidentin bu çıxışını Ermənistanın riyakarlığını , qorxaqlığını beynəlxalq hüquqa zidd olan davranışlarını və eyni zamanda baş nazir Paşinyanın diktaturaya, faşizmə və işğalçılığa əsaslanan rejiminin növbəti ifşası kimi dəyərləndirib.
Deputatın fikrincə işğalçı ölkənin düşdüyü vəziyyətdən çıxış yolları arayarkən atdığı addımların qorxaqlıq və xofdan doğan riyakarlıqdan başqa bir adı yoxdur. Bu çarəsizliyin ən bariz nümunəsi isə özünü qorumaq instikti ilə dərhal KTMT-yə müraciət etməsidir:
" İşə bax ki, bir müddət əvvələ qədər KTMT baş katibinin həbs edilməsilə bağlı qərar qəbul edən Paşinyan bu gün həmin hərbi-siyasi təşkilatdan imdad dilənməyə məcbur olub. Bunun adı riyakarlıq deyil, bəs nədir!?
Onun bu yalvarışlarının cavabsız qalacağı isə əvvəldən bəlli idi.
Axı KTMT –yə üzv olan ölkələrin hər biri ilə ayrılıqda Azərbaycanın xüsusi münasibtləri var və bu münasibətlər strateji tərəfdaşılıq səviyyəsindədir . Bundan başqa həmin ölkələrin iderləri ilə Azərbaycan Prezidentinin xüsusi münasibətləri var.
Bu dövlətlərdən biri hər hansı bir çətinliklə üzləşdiyi zaman Azərbaycan dövləti dərhal reaksiya verərək həmin ölkələrə qarşı həmrəylik nümayiş etdirib və ən müxtəlif formalarda yardım əli uzadıb.
Haqlı olaraq hazırki vəziyyətdə adekvat münasibət gözləyirik. Üstəlik də, Azərbaycan heç kəsin torpağını işğal etməyib, heç bir dövətə qarşı ərazi iddiası irəli sürməyib.
Bu mənada beynəlxalq hüquq da, haqq - ədalət də Azərbaycanın yanındadır. KTMT –yə üzv olan ölkələr də çox gözəl bilir ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarına hücum edib".
Bütün bunların fonunda işğalçı və riyakar Paşinyanın Azərbaycan ordusundan qorxub KTMT –in kölgəsində gizlənmək niyyətinin baş tutmadığını vurğulayan deputat hesab edir ki, hər halda təcavüzkar düşmən düşdükləri ağır vəziyyət və verdikləri itkilərdən nəticə çıxarıb Azərbaycana qarşı yeritdikləri işğalçılıq siyasətindən əl çəkərlər:
"Əks halda Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir ordumuz hərəkətə keçəcək. Paralel olaraq da ölkəmizin bütün resursları Azərbaycan milli maraqlarını müdafiə etməyə səfərbər olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm