
Elçin Mirzəbəyli: İƏT-in yekun bəyyanaməsində diplomatik üslub sərt ritorikanı üstələyəcək
10:50 21.06.2025
Siyasət
513
Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası keçirilir.
Bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
İstanbulda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası, İslam dünyasının ortaq problemlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə bölgədəki geosiyasi dəyişikliklər, Fələstin məsələsi, İslamofobiya və humanitar böhranlar kimi aktual mövzular fonunda bu cür görüşlər həmrəyliyin və ortaq mövqelərin formalaşdırılması üçün vacib platformadır. Azərbaycanın belə bir toplantıda xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə təmsil olunması ölkəmizin İslam dünyasındakı fəal rolunu və bu təşkilat çərçivəsində əlaqələrə verdiyi önəmi bir daha göstərir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Sherg.az-a bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci toplantısı İsrail-İran hərbi qarşıdurmasının davam etdiyi zaman kəsiyinə təsadüf etdiyi üçün də diqqət mərkəzindədir:

"“Dəyişən dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusunda keçirilən toplantı iştirakçı sayının çoxluğuna görə, daha öncəki toplantılardan fərqlənir. Diqqət çəkən digər məqam isə, İranın tələbiylə İƏT Xarici İşlər Nazirləri Şurasının xüsusi iclasının çağırılmasıdır. Çox güman ki, İran təkcə xüsusi iclasın deyil, bütövlükdə Şuranın 51-ci iclasının ritorikasının İsrailə qarşı sərt bəyanatlarla müşaiyət olunmasına çalışacaq. İƏT-in bütün təsisatlarında qərarların konsensus yolu ilə qəbul olunduğunu nəzərə alsaq, yekun bəyanatda diplomatik üslubun sərt ritorikanı üstələyəcəyi daha şox gözlənilir. Çox güman ki, diqqət daha çox Qəzza ilə bağlı vəziyyətə yönləndiriləcək. Məlum olduğu kimi İƏT-ə üzv olan ölkələrin əksəriyyəti ilə İran arasında ərazi mübahisələrindən başlamış, əsasən Tehranın təfriqəçi mövqeyindən qaynaqlanan çoxsaylı problemlər var. Məhz bu səbəbdən, yekun bəyannamədə ağırlığın daha çox ümumi məsələlər-islamafobiya və digər bu kimi amillərlə bağlı olacağı ehtimalı yüksəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya