
Elçin Mirzəbəyli: Suriya və Azərbaycanı doğmalaşdıran həm də mədəni körpülərdir
13:28 18.02.2025
Siyasət
609
Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, artıq bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.
"Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir. Məlumatda qeyd olunub ki, Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcəkdir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Sherg.az”a söyləyib ki, Dəməşq şəhərində Azərbaycan Respublikasının müvəqqəti işlər vəkilinin fəaliyyətə başlaması önəmli hadisədir:

“Hər kəsə məlum olduğu kimi Suriya və Azərbaycan münasibətlərində uzun müddət fasilə var idi. Suriyada baş verən hadisələr nəticə etibarilə ölkənin ciddi təlatümlərlə müşahidə edilən prosesə məruz qalmasına zəmin yaratdı. Eyni zamanda ölkənin xeyli hissəsi dağıdılıb, günahsız insanlar qətlə yetirilib. Bütün baş verənlərdən sonra Suriya ilk dəfə dövlət olaraq dirçəlməkdədir. Azərbaycan da qardaş Türkiyə ilə yanaşı bu prosesin içərisində yer alır və Suriyada dövlət idarəçilik strukturlarının yenidən bərpasından sonra ilk dəstək göstərən ölkələrdən biridir. Ümumiyyətlə Azərbaycan Türkiyə ilə bir çox məsələlərdə olduğu kimi Suriya mövzusunda da sinxron hərəkət edir. Bu həm də iki ölkənin milli maraqlarından irəli gələn bir məsələdir və mühim əhəmiyyətə malikdir. Eyni zamanda Şuşa bəyannaməsində də Azərbaycanla Türkiyənin bir çox istiqamətlərdə birgə fəaliyyəti nərəzdə tutulub ki, onlardan biri də xarici siyasət məsələlərində ortaq milli maraqlara söykənən mövqenin nümayiş etdirilməsidir. Bu aspektən düşünürəm ki, Azərbaycan da qardaş Türkiyə ilə yanaşı Suriya dövlət strukturların fəaliyyətinin tam bərpa edilməsində, idarəçilik sisteminin formalaşmasında aktiv iştirak edə bilər. Eyni zamanda Suriyanın yenidən dirçəldilməsi prosesinə öz dəstəyini göstərər”.
E.Mirzəbəyli qeyd edib ki, Suriya bizim üçün uzaq dövlət deyil, statistik göstəricilərə görə həmin ölkədə üç milyon türkmən yaşayır:
“Onlar bizimlə eyni mədəniyyətin, dilin daşıyıcılarıdır. Azərbaycan xalqının bəşəriyyətə verdiyi ən böyük simalardan biri olan Nəsiminin məzarı məhz Suriyada yerləşir. Suriya və Azərbaycanı doğmalaşdıran həm də belə mədəni körpülərdir. Fikrimcə, bu mədəni körpülər üzərindən də iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə vermək olacaq. Azərbaycan prezidenti İlham Əliyev Suriyanın yeni lideri Əhməd əş-Şəraanın fəaliyyətə başlaması ilə bağlı ona ünvanladığı məktubda prezidenti ölkəmizə dəvət etmişdi. Sözügedən səfərin reallaşacağına ümid bəsləyirəm. Şübhəsiz ki, iki ölkə arasında qarşılıqlı əlaqələr, eyni zamanda diplomatik nümayəndəliyimizin Suriya fəaliyyətə başlaması münasibətlərin daha da genişlənməsinə səbəb olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya