Əməliyyatların nəticəsi: “Ermənistan sülhə məcbur olacaq”
Fidan Həmişəyeva
12:18 28.09.2020
Siyasət
763
Azərbaycan Müdafiə Nazirliyi düşmənin itkiləri ilə bağlı rəsmi açıqlama verib. Nazirliyin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, Ermənistan Müdafiə Nazirliyi hər zaman olduğu kimi, verdiyi itkiləri gizlədir:
“Kəşfiyyat qrupumuzun əldə etdiyi məlumata əsasən, 24 tank və hərbi texnikası, səkkiz artilleriya qurğusu, 18 PUA, 15 zenit-raket kompleksi (OSA) məhv edilib, 550 nəfərdən artıq itkisi var. Düşmənin itkiləri arasındakı bəzi cəsədlərin Suriyadan gətirilənlərə aid olduğu aşkar edilib”.
Düşmən növbəti təxribatı törətsə də, ordumuz dərhal genişmiqyaslı əks -hücum əməliyyatlarına başlayıb. Ermənilər qısa müddət ərzində layiqli cavabını alaraq, böyük itkilər verib. Azərbaycan ordusu yeddi kəndimizi, Murov dağı silsiləsindəki Murov zirvəsi və Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyi işğalçı qüvvələrdən təmizləyib. Mövcud durum Ermənistan cəmiyyətində ciddi təşvişə səbəb olub.
Mövcud proseslərlə bağlı “Sherg.az”a danışan millət vəkili Asim Mollazadə bildirib ki, bu gün erməni təxribatına cavab verən Azərbaycan Silahlı Qüvvələri əslində sülhməramlı missiyanı həyata keçirir:
“Azərbaycanın istəyi Ermənistanı sülhə məcbur etməkdir. Ona görə də ordumuz mülki əhalinin, uşaqların və qocaların qatili olan xain ermənilərə layiqli cavabını verir! Düşmənin itkiləri gizlətməsi onların durumunun gərgin olduğunu bir daha sübut edir. Əminəm ki, bu əməliyyatların nəticəsi olaraq Ermənistan sülhə məcbur olacaq. Ona görə də hazırda apardığımız əməliyyatların məqsədi tezliklə sülhə nail olmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat