Ərdoğan: Bazar ertəsi Trampla danışacam

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 5 yanvar bazar ertəsi ABŞ Prezidenti Donald Tramp ilə danışacağını açıqlayıb. O bildirib ki, görüşdə Rusiya-Ukrayna müharibəsi və Fələstinlə bağlı məsələlər müzakirə olunacaq.

Sherg.az xəbər verir ki, Ərdoğan cümə namazından sonra jurnalistlərə verdiyi açıqlamada, Türkiyənin Fələstin və Qəzzanı tək buraxmadığını, bundan sonra da dəstəyin davam edəcəyini vurğulayıb.

Prezident həmçinin 2026-cı ilə müsbət göstəricilərlə daxil olunduğunu, inflyasiyanın azaldığını və Mərkəzi Bankın ehtiyatlarının artdığını qeyd edib.

Zəlzələ bölgələri ilə bağlı danışan Ərdoğan, həm zəlzələ, həm də sosial mənzillər üzrə qarşıya qoyulan hədəflərə çatılacağını bildirib.