Ərdoğan inamla şimala və Asiyaya doğru genişlənmə siyasəti aparır - Politoloq
Turan
10:51 03.01.2021
Siyasət
870
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk respublikalarının prezidentlərinə zəng edib. Ərdoğan Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Quzey Kıbrıs Türk Cümhuriyyətinin liderlərinə Yeni il münasibətilə təbrik ünvanlayıb. Liderlər yeni ildə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək, regional məsələlərdə əməkdaşlığı gücləndirmək barədə razılaşıb. Ekspertlər bunu türk dünyasının birliyi istiqamətində atılmış mühüm addım kimi dəyərləndiriblər.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev vurğulayıb ki, Türkiyə son 5 ildə çoxvektorlu siyasət yürütməklə bölgə dövləti statusundan çıxaraq daha geniş areala qədəm qoyub.
Analitik vurğulayıb ki, Ankara Qərb siyasətində üstünlüyünü qoruyub saxlamaq şərtilə qəflətən üzünü Qafqaza və Şərqi Avropa ölkəsi olan Ukraynaya tutması bir çoxlarını qəzəbləndirdi:
"Türkiyə bu meydanda da özünü təsdiq etdi. Azərbaycanla bağlı aparılan siyasətin üzərində çox dayanmaq istəmirəm, çünki, hər şey ortadadır. Ukrayna ilə yaxınlıq və əməkdaşlıq sazişləri şokundan ayılmayan Rusiya Ərdoğanın orta Asiyada Türkiyənin nüfuzunu və təsirini gücləndirmək fəaliyyəti ilə üzləşdi.
Bu qədər geniş bir məkanda aktiv siyasət yürüdərək hərbi kontingent saxlamaq küllü miqdarda vəsaitin tələb olunması deməkdir. Türkiyə daxildə iqtisadi durğunluq yaşamasına baxmayaraq, Ərdoğan inamla şimala və Asiyaya doğru genişlənmə siyasətini davam etdirir. Təbii ki, bu addımlar həm də iqtisadi maraqlar çərçivəsində aparılır. Dünya enerji damarı artıq demək olar ki, Türkiyənin əlindədir. Mehri dəhlizi tam fəaliyyətə başladıqdan sonra Çin və Hindistan nəzərdə tutulan nəqliyyat dəhlizinə qoşulacaq. Rusiya artıq özü Türkiyənin ardınca getməyə məhkum olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin müdafiə naziri Qətərə gedib
19:58 13.04.2026
Region
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət