Ərdoğan: Rusiya ilə ortaq səylərimiz nəticəsində 30 il davam edən Qarabağ münaqişəsinə son qoyduq
17:45 21.11.2020
Siyasət
712
Türkiyə olaraq yaşadığımız coğrafiyada sülhə töhfə verməyə çalışırıq. Qarabağ burada mühüm nümunədir. Azərbaycan torpağı olan bu bölgə təxminən otuz il əvvəl Ermənistan tərəfindən işğalı edilmişdi. Problemin həlli üçün yaradılan Minsk qrupunun həmsədrləri isə işğala son vermək üçün, təəssüf ki, heç bir addım atmadılar. Rusiya Federasiyası ilə ortaq səylərimiz nəticəsində əldə edilən razılaşma sayəsində həm bu münaqişəyə son qoyduq, həm də 30 ildir davam edən problemin həllinə öz töhfəmizi verdik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin zirvə görüşü və “XII Halifax” Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı səsləndirib.
Dünyada cərəyan edən proseslərə toxunan Türkiyə Prezidenti deyib:
“Bu gün heç bir ölkənin təhlükəsizlik məsələlərinə coğrafi uzaq-yaxınlıq obyektivindən baxmaq kimi rahatlığı ola bilməz. Türkiyə olaraq atdığımız addımlar sayəsində 411 mindən çox suriyalı qardaşımızın könüllü və təhlükəsiz bir şəkildə vətənlərinə geri dönməsinə nail olmuşuq. Avropa ilə əməkdaşlığımızı inkişaf etdirərkən Asiya və Afrikanı da yaddan çıxarmırıq. Rusiya ilə son zamanlar inkişaf edən əməkdaşlığımızı ABŞ-la köklü əlaqələrimizin alternativi olaraq görmürük”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou