Ərdoğan Turan qurur
Turan
09:35 29.12.2020
Siyasət
897
"Bir millət, beş dövlət" şüarı Kremlin kefini pozub
Ankaranın türk dünyası ilə bağlı istənilən addımına Rusiya Qarabağda təxribatla cavab verəcək
Türkiyə hərbçiləri yubanmadan Qarabağın dağlıq hissəsinə, Xankəndinə yerləşdirilməlidir
Azərbaycanın şanlı zəfəri ilə yekunlaşan Vətən müharibəsi Qafqaz və Orta Asiyadakı türk ölkələrini də canlandırıb. Bu məqam günlərdir Rusiya mediasında müzakirə olunmaqdadır. Son proseslərdən sonra Türkiyənin regiondakı güclü rolunu və savaşın nəticələrini analiz edən “Moskovski komsomolets” qəzeti Ankaranın Orta Asiyadakı türk respublikaları ilə yeni hərbi-siyasi blok yaratmağı planladığını yazıb. Türkiyənin Özbəkistan, Qırğızıstan kimi ölkələrlə hərbi anlaşmalar imzaladığını, Qazaxıstanın “Bayraktar TB2” almağı hədəflədiyini qeyd edən qəzet yeni ittifaqa ilk qatılacaq ölkənin Türkmənistan olacağını səhifələrinə daşıyıb. Nəşrə görə, Türkiyə və Azərbaycan arasındakı “Tək millət, iki dövlət” şüarının yerini indi “Tək millət, beş dövlət” almağa başlayıb.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli “Şərq”ə deyib ki, Ankaranın məqsədi türk dünyasının birliyinə nail olmaqdır. Ekspertin sözlərinə görə, belə bir niyyət Moskvanı narahat etməyə bilməz:
“Rus mediasında Türkiyənin uzun müddət Moskvanın çətiri altında olan türk respublikaları ilə yaxınlığı qabardılır və təhlükəli fakt kimi müzakirə olunur. Rus ekspertlər “Ərdoğan Turan qurur” deyərək öz təşvişlərini gizlətmirlər. Qazaxıstanın “Bayraktar TB2” almaq niyyəti də Kremli narahat edən məqamlardandır.
Rus mediasında panikaya səbəb olan başlıca amil isə “Bir millət, beş dövlət” şüarının aktuallaşmasıdır. Türkiyənin sadəcə türk ölkələri ilə deyil, Ukrayna və Gürcüstanla hərbi müqavilələri də Rusiyanın kefini pozur.
Məhz ötən gün Hadrutda baş verən növbəti təxribat Rusiyanın Türkiyəyə mesajı, daha doğrusu, cavabı idi. Türkiyənin milyard dollarlıq layihələrinə Rusiya sadəcə 3-4 quldurun təxribatı ilə reaksiya verir. Əslində bu məqamın özü şimal qonşumuzun zəifliyinin göstəricisidir. O boyda dövlət erməni terrorçularının ümidinə qalıb”.
Ə.Məmmədli vurğulayıb ki, Ankaranın türk dünyası ilə bağlı istənilən addımına Rusiya Qarabağda təxribatla cavab verəcək:
“Ona görə də məsələyə birdəfəlik son qoymaq lazımdır. Türkiyə hərbçiləri yubanmadan Qarabağın dağlıq hissəsinə, Xankəndinə yerləşdirilməlidir. Sonrakı rus təxribatlarının qarşısını da elə qardaş ölkənin silahlı qüvvələri almalıdır. Rusiya bundan sonra öz provokasiyalarından əl çəkəcək. Əks halda bu cür əsəb oyunları ilə hələ çox rastlaşacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya