Erməni baş nazirdən avantüra: orduya gedən yoxdur, muzdlu gətirməyə çalışır – Böhran!
Şəymən Bayramova
15:15 29.08.2020
Siyasət
1435
“Azərbaycan xalqı müharibədə israrlıdır . Biz işğal olunmuş torpaqlarımızı geri qaytarmaq əzmini göstəririk”
"Ermənilər isə nəyin uğrunda öldüklərini yaxşı başa düşürlər”
“Ona görə də heç bir erməni özünü ölümə atmaq üçün könüllü birləşmələrə yazılmayacaq”
Ermənistanın baş naziri Nikol Paşinyan öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışır.
Erməni KİV-lərində yayılan məlumata görə, düşmən ölkədə "Müdafiə haqqında" qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur.
Yaşadıqları demoqrafik problem səbəbindən ön cəbhəyə çıxartmağa əsgər tapmayan Ermənistanın mərkəzi hakimiyyəti eyni zamanda orduya nə nəzarət edə bilir, nə də etibar edir.
Ermənistan ordusu zəifdir və buna görə də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır.
Qeyd edək ki, Azərbaycan ictimaiyyətində düşmən ölkədə yaradılan dəstələrə xaricdən muzdluların cəlb olunacağına dair əminlik var. Hesab edirlər ki,
Paşinyan daxili siyasətdə güc faktorundan daha fəal istifadə etməyə cəhd göstərir.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyevin "Sherg.az"a açıqlamasına görə, 30 ildən artıqdır, davam edən və şərti olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlanan konflikt danışıqlar nəticəsində həllini tapmadı və dalana dirənmiş vəziyyətdədir:
"Azərbaycanın münaqişəni sülh yolla həll etmək cəhdləri nəticəsizdir. Səbəb isə qarşı tərəfin, yəni Ermənistanın və havadarlarının problemin həllində maraqlı olmamasıdır. Süni surətdə yaradılmış problemin həlli iki ölkənin ixtiyarına buraxılmış olsaydı, məsələ çoxdan öz həllini tapmış olacaqdı. Çox güman ki regionda da davamlı sülh yaranacaqdı" .
Politoloqun sözlərinə görə indi reallıqda münaqişənin həll yolları olsa da, Ermənistan siyasi iradə nümayiş etdirə bilmir. Rusiyanın təsir dairəsində ümidsiz şəkildə saxta işğalçı rolunu oynamaqda davam edir:
"Bu ilin əvvəlindən Azərbaycan bütün istiqamətlərdə Ermənistana ciddi siyasi basqılar etdiyindən və hətta Minsk qrupundan çıxmaq barədə fikirlər ortada dolaşdığından işğalçı tərəf çox qorxuya düşüb.
Münaqişə aktiv hərbi fazaya keçdiyi təqdirdə belə bu dəfə Rusiya Ermənistana canlı qüvvə sarıdan dəstək verə bilməyəcək. Hərbi texnika Rusiya istehsalı olsa da, döyüşən əsgərlər ermənilər olacaq.
Aprel və Tovuz hadisləri bir daha göstərdi ki, Azərbaycan xalqı itkilərin olmasına baxmayaraq müharibədə israrlıdır. Bunu Ermənistana aid etmək olmur. Döyüşlər zamanı erməni ictimaiyyətinin necə qorxuya düşdüyünü və erməni əsgərlərinin döyüşdən necə qaçdığının şahidi olduq.
Burada üstünlük onunla izah olunur ki, biz işğal olunmuş torpaqlarımızı geri qaytarmaq əzmini göstəririk. Onlar isə nəyin uğrunda öldüklərini yaxşı başa düşürlər".
Bütün bunların fonunda V. Əfəndiyev Ermənistanda könüllü hərbi birləşmələrin yaradılması cəhdlərini sadəcə bir göstəriş hesab edir. Onun sözlərinə görə, bir azca ağlı olan heç bir erməni özünü cəfəng ideya uğrunda ölümə atmaq üçün könüllü birləşmələrə yazılmayacaq:
"Ola bilər ki, məqsəd xaricdən gətirilmiş muzdlulara “stavka” etməkdir. Bunun da alınan məsələ olmasını güman etmirəm. Çünki adekvat olaraq biz də bu formata əl atsaq, bizim üçün döyüşməyə hazır olan milyonlarla cənublu və türkiyəli soydaşlarımız var. Bu səbəbdən Ermənistanın belə bir riski gözə alacağını zənn etmirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur