“Erməni diasporu daxilində gərginliklər var” - Deputat
Fidan Həmişəyeva
14:09 24.07.2020
Siyasət
837
“Bütün bunlar Azərbaycan diasporunun sərgilədiyi uğurlu fəaliyyətlə əlaqədadır”
Son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı ermənilər tərəfinən təxribatlar törədilib. Ordumuza dəstək aksiyasını keçirən azərbaycanlılar ermənilərin hücumuna məruz qalıb. Bir neçə soydaşımıza xəsarət yetirilib.
Azərbaycan Xarixi İşlər Nazirliyi (XİN) ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı bəyanat yayıb. Bəyanatda nifrətə əsaslanan bu cinayət əməlləri qətiyyətlə pislənilir:
“Son bir həftə ərzində xaricdə Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terrorizm mahiyyəti kəsb edir, cinayət mahiyyəti daşıyır”. “Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərə və diplomatlara hücumların qarşısının alınması həmin ölkənin öhdəsindədir.
Azərbaycan dost ölkələrə müraciət edərək, diplomatik nümayəndəliklərimizə və diplomatlarımıza, azərbaycanlılara qarşı törədilən əməllərin araşdırılmasını tələb edir. Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza hüquqi yardımın təmin edilməsi üçün diplomatik nümayəndəliklərimizə lazımi təlimat verilib”.
Ermənilərin xaricdəki təxribatına dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Ramin Məmmədov bildirib ki, Bakı və müxtəlif bölgələrdə keçirilən dəstək aksiyası xaricdəki soyaşlarımızda ruh yüksəliyi yaradıb. Ermənistanın Tovuz istiqamətində yaratdığı təxribatlarla ərazilərimizə iddialı olduğunu deyən deputat Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini vurğulayıb:
“Təbii ki, bütün bunlar dünya azərbaycanlıları tərəfindən müsbət qarşılandı. Tovuz hadisələrində sonra Bakıda aksiyalar, yürüşlər keçirildi. Bununla dövlət-xalq birliyi ortaya qoyuldu. Gənclərimizin izdihamlı yürüşləri göstərdi ki, cəmiyyətimiz vəhdət şəklindədir. Bu vəhdət və hərməylik dünya azərbaycanlıları tərəfindən yüksək dəyərləndirir.
Ona görə də xaricdə yaşayan azərbaycanlılar bu birlikdən ruhalanaraq ordumuza dəstək şüarı altında müxtəlif aksiyalar keçirdi. Dünyanın 26 ölkəsində və 52 şəhərində dünya azərbaycanlıları küçələrə çıxıb icazəli mitinqlərdə ordumuza dəstək şüuarları səsləndirirlər. Vətəndaşlarımızın belə aksiyalarda iştirakı ilk deyil.
Məlumdur ki, son 20 ildə Azərbaycan dövləti diaspor quruculuğuna, dünya azərbaycanlılarının həmrəyliyinə kifayət qədər vaxt ayırıb. Bununla bağlı qanunvericilik prizmasında təkmilləşmə işləri aparılıb. Nəticədə bu gün azərbaycanlılar dünyanın 70-dən çox ölkəsində mütəşəkkil şəkildə yaşayır. Müxtəlif dünya ölkələrində Azərbaycan həqiqətləri təbliğ olunur. Aydındır ki, bu təbliğat erməniləri çox qıcıqlandırır”.
“Beynəlxalq hüquq normalarını pozan ermənilərə qarşı hansı addımlar atılmalıdır?” sualına gəlincə, parlament üzvü vurğulayıb ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlər üçün gərgin dövr yaşayırıq:
“Hər kəsə bəllidir ki, Paşinyanın 2 il öncə müəyyən vədlərlə hakimiyyətə gəlsə də, hazırda ona olan etimad sıfır dərəcəsindədir. Ölkə daxili krizis, pandemiya ilə mübarizədə Ermənistanın göstərdiyi “naliyyətlər” ölkədə böyük gərginlik yaradır. Ermənistan dövləti yaranan gündən etibarən erməni diasporunun dəstəyi ilə maliyyələşir.
Ümumiyyətlə, Ermənistan xaricdən idarə olunan dövlətdir. Belə vəziyyətdə həm daxili gərginlik, həm ölkəmizin atdığı qətiyyətli addımlar düşmən ölkədə vəziyyəti pisləşdirib.
Ermənilərin mitinqdə sərgilədiyi vandalizm bir daha göstərir ki, artıq Erməni diasporu içərisində müəyyən gərginlik var. Bütün bunlar Azərbaycan diasporunun sərgilədiyi uğurlu fəaliyyətlə əlaqədadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi