Azərbaycan Xarici İşlər Nazirliyi vurğulayıb ki, Dövlət Dumasının üzvünün belə məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir: “Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir. Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir”. Xatırladaq ki, Vitali Milonov hələ Sankt-Peterburq məclisinin deputatı olduğu dövrdən bu şəhərdəki erməni iş adamlarının və cinayətkar qrupların nəzarətindədir. Onların lobbiçiliyi sayəsində Milonov xeyli var-dövlət qazanıb. Sankt-Peterburq məclisinin deputatı olduğu qısa müddət ərzində dəyəri 200 min dollarından az olmayan villa inşa etdirib. Milonovun Azərbaycan və azərbaycanlılarla bağlı aqressiv, böhran xarakterli və təhqiramiz fikirlər səsləndirməsinə gəldikdə isə bunun da sifarişli olduğu deyilir.
Erməni lobbisinin maliyyəsi hesabına danışır